Məktəbəqədər hazırlıq qruplarının təhsildə rolu

Məktəbəqədər hazırlıq qruplarının təhsildə rolu
Nərminə GÜNDÜZLÜ,
Bakının Nəsimi rayonundakı
5 nömrəli tam orta
məktəbin direktoru


Bu, danılmaz bir həqiqətdir ki, dünyada xoş məramı, xeyirxah işləri ilə seçilən Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva gələcəyimiz olan uşaqlara xüsusi diqqət və qayğı ilə yanaşır, onların sağlam, bilikli, savadlı və intellektli olmaları üçün əlindən gələni edir. Məlum olduğu kimi keçən ilin fevralında Mehriban Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun "Məktəbəqədər təhsil müəssisələrinin inkişafı" proqramının təqdimatı keçirilib və bu müəssisələrdə müzakirə olunub, ictimaiyyətə təqdim edilib.
Bunun davamı olaraq, təhsil nazirinin müvafiq əmrinə əsasən ötən ildən başlayaraq bir sıra məktəblərdə məkətəbəqədər hazırlıq qrupları yaradılmışdır. Hazırlıq qruplarının əsas məqsədi uşaqların tədrisə hazırlıqlı başlanması, dərs prosesinə öncədən alışması, müəyyən bilikləri əldə etməsidir. Onu da qeyd edək ki, məktəbəqədər hazırlıq qruplarında təcrübəli, bacarıqlı, intelektual və müəllimlərin bilik və səriştəsini sınaq qiymətləndirilməsində yüksək nəticə göstərmiş ibtidai sinif müəllimlərinə üstünlük verilir.
89 ümumtəhsil müəssisəsində yaradılan məktəbəqədər hazırlıq qrupları demək olar ki, artıq öz işlərini start vermişdir. Bu proses demek olar ki, təhsilin inkişafı üçün ən böyük töhfədir.
Unutmaq olmaz ki, məktəbəqədər təhsil bütün sisteminin bünövrəsidir, çünki məhz bu mərhələdə uşağın şəxsiyyət kimi formalaşmasının təməli qoyulur.
Məktəbəqədər yaş dövrü insan şəxsiyyətinin formalaşmasına təsir göstərən əsas amillərdən biridir. Bildiyimiz kimi, bütün valideynlər uşaqlarını məktəbə hazırlamağa çalışırlar və arzu edirlər ki, onların övladları məktəbdə müvəffəqiyyətlə oxusunlar.
Təcrübə göstərir ki, məktəbə hazırlıq mərhələsindən keçmiş uşaq şagird olduğu zaman məktəbə, kollektivə daha tez alışır, ətraf mühiti dərk etməkdə, diqqət və yaddaşın formalaşması ilə əldə etdiyi bacarıq və vərdişlərini dərs prosesində istifadə edir, bu da ona dərsi mənimsəməsində böyük köməklik göstərir.
Elə ilk andan bu məşğələləri aparan məktəbin ibtidai sinif müəllimləri Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən təşkil olunmuş kursların iştirakçısı olub, məşğələlərin aparılması ilə bağlı xüsusi bacarıq və qabiliyyətlər əldə etdilər.
Məktəbəqədər hazırlıq qruplarının təhsildə rolu
Məşğələlərin aparılması üçün bütün müasir avadınlıqlarla təchiz olunmuş geniş və işıqlı sinif otaqları uşaqların ixtiyarına verilmişdi. Məşğələlər zamanı uşaqlarda:
- Ümumi dünyagörüşünün səviyyəsinin artırılması;
- Nitqin inkişafı;
- Hərflərin və rəqəmlərin öyrənilməsi;
- Diqqətin və yaddaşın formalaşdırılması;
- Müqayisə və analogiyanın məntiqi təfəkkürünün formalaşdırılması;
- Əl matorikasının inkişafının formalaşdırılması kimi vərdişlərin uşaqlarda aşılanmasına xüsusi yer verilmişdir.

Bu mərhələlərin yüksək nətisəsidir ki, 1-ci yarımil ərzində artıq digər məktəbə hazırlıq qruplarının təşkili illə bağlı ərizələr məktəbə daxil olurdu və məhz bu ərizələr nəticəsində yanvar ayında uşağı özündə birləşdirən daha 4 məktəbə hazırlıq qrupları açıldı. Hazırda ümumilikdə məktəbdə 4 Azərbaycan bölməsi, 3 rus bölməsi üzrə məktəbə hazırlıq qrupları fəaliyyət göstərir.
Onu da qeyd edim ki, uşaqların təlim-tərbiyəsi ilə ibtidai sinif müəllimləri Bahar Əhmədova, Aysel Nağıyeva, Rübabə Möhsünzadə, Elnarə Əhmədova, Rüxsarə Abbasova, Cəmilə Abdullayeva və Məryəm Ağayeva məşğul olur və bu müəllimlər ibtidai-metodik təhsil almış, pedaqoji stajlı, təcrübəli peşəkar müəllimlərdir.
Məktəbəqədər təhsil sistemində də yeni yanaşmaların tətbiqinin səmərəli formalarının axtarılması günün tələblərindən biridir. Məktəbəqədər təhsil uşaqların potensial imkanlarının üzə çıxırılmasında, məktəbə hazırlanmasında və həyati bacarıqların formalaşmasında mühüm rol oynayır. Məktəbəqədər təhsil sisteminin inkişafı Azərbaycan Respublikasının dövlət təhsil siyasətinin strateji istiqamətlərindən biridir. Məktəbəqədər təhsilin məqsədi uşağın fərdi yaş potensialının maksimal açılması üçün şəraitin yaradılmasından ibarətdir. "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununda deyilir: "Məktəbəqədər təhsil məktəbəqədər yaşlı uşaqların erkən yaş dövründ intellektual, fiziki və psixi inkişafını, sadə əmək vərdişlərinə yiyələnməsini, istedad və qabilliyyətinin üzə çıxarılmasını, sağlamlığının qorunmasını, estetik tərbiyəsini, təbiətə və insanlarahəssas münasibətinin formalaşmasını təmin edir. Respublikamızda məktəbəqədər təhsilin müasir sistemi dinamizm prinsipləri üzərində qurulur, müxtəlif iş formaları, cəmiyyətin və şəxsiyyətin tələblərinin nəzərə alınması, uşaqlar üçün təlim-tərbiyə müəssisələrinin yeni növlərinin yaranması, pedqoji xidmətlərin müxtəlifliyi ilə səciyyələnir".
Məktəbəqədər hazırlıq qruplarının təhsildə rolu
Uzun müddət məktəbəqədər təhsil sistemində uşağa bilik, bacarıq və vərdişlərin daşıyıcısı, tərbiyəçilərə isə bilik ötürən kimi baxılıb. Bu zaman bir növ "uşağa daha çox bilik vermək" arzusu ilə məktəbəqədər yaşlı uşağın pisixi və fiziki imkanları arasında ziddiyyət yaranır.
Son illər ərzində təhsilin, o cümlədən məktəbəqədər təhsilin inkişafının yeni prioritetlərini müəyyən edən əhəmiyyətli normativ-hüquqi sənədlər ("Təhsil haqqında" Azərbaycan Respublikasının Qanunu, Məktəbəqədər təhsilin proqramı (kurikulumu), Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası ) qəbul edilmişdir.
Təhsildə əsas dəyər uşaqdır. Məktəbəqədər yaş dövrü isə təkcə məktəb həyatına hazırlıq mərhələsi deyil, eyni zamanda insan həyatının ən məsuliyyətli, ən mühüm yaş dövrüdür ki, bu dövrdə insanda bütün mənəvi dəyərlərin təməli qoyulur. "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nda deyildiyi kimi, "... Təməl bacarıqlar uşaqlıq dövrünün ilk illərindən əldə edildiyinə görə uşaqların zehninin erkən yaş dövründən inkişaf etdirilməsi vacibdir. Bu səbəbdən məktəbəqədər təhsilin inkişafı dövlət siyasətində əhəmiyyətli yer tutur".
Məktəbəqədər təhsil keyfiyyətli uşaqların təlim və tərbiyə prosesinin vəziyyəti və nəticəliliyi ilə müəyyən edilir.
Müasir təhsildə uşağın fərdi inkişafını qəbul edən ən təbii yanaşma hesab olunur. Şəxsiyyətyönümlü model uşaqların emosional, sosial və idraki inkişafına eyni dərəcədə əhəmiyyət verir. Belə yanaşma uşağın nəinki ibtidai təlimində, eyni zamanda uzunmüddətli perspektivdə daha yaxşı nəticələr verir. Belə ki, uşaqlar təşəbbüskar, yaradıcı, müstəqil, özünə inamlı böyüyürlər.
Əsas onu anlamaq lazımdır ki, hər bir gələcək birinci sinif şagirdində müvafiq daxili mövqe formalaşdırılmış olsun.
Məktəbəqədər hazırlıq qruplarının təhsildə rolu

Oxşar xəbərlər