Lavrov: Rusiya ABŞ-la münasibətlərin normallaşacağına inanır

Lavrov: Rusiya ABŞ-la münasibətlərin normallaşacağına inanır Moskva ümid edir ki, ABŞ-da keçirilmiş prezident seçkilərindən sonra iki ölkə arasında münasibətlər normallaşmağa doğru inkişaf edəcək. Tehsil-press.az-ın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

Rusiyalı nazir ABŞ-ın yeni prezidenti ilə çalışmağa hazır olduqlarını bəyan edib: “Hesab edirik ki, hazırda elə də yaxşı mərhələdə olmayan Rusiya-ABŞ münasibətləri düzələcək. Bu, hər iki xalqın, eləcə də dünya ictimaiyyətinin maraqlarına cavab verir”. Xatırladaq ki, noyabrin 8-də ABŞ-da keçirilmiş seçkilərdə Donald Tramp ABŞ-ın 45-ci prezidenti seçilib.

Tehsil-press.az

Oxşar xəbərlər