İki kəndə qaz verilib

İki kəndə qaz verilib Şəki və Göyçayın iki yaşayış məntəqəsinə təbii qaz verilib.

Tehsil-press.az SOCAR-ın saytına istinadən xəbər verir ki bu gün Şəki rayonunun Cumakənd və Göyçay rayonunun Bəydövül kəndlərinə təbii qazın verilişi münasibəti ilə keçirilən tədbirdə rayon icra hakimiyyətləri və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. Bildirilib ki, Şəki rayonunun 500 abonenti olan Cumakənd kəndinin ilk dəfə qazlaşdırılması üçün məhəllədaxili qaz xətləri çəkilib, mənzillərə sayğac və fərdi tənzimləyicilər quraşdırılıb. Göyçayın 298 abonenti olan Bəydövül kəndinin yenidən qazlaşdırılması üçün də sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Tehsil-press.az

Oxşar xəbərlər