Azərbaycan Tibb Universitetində (ATU) tibbi ali məktəblərin tələbələrinin və gənc həkimlərin III Beynəlxalq konqresi keçirilir.
Tehsil-press.az xəbər verir ki, tədbirdə ATU müəllimləri və tələbələri ilə yanaşı, təxminən 10 ölkənin aparıcı universitetlərinin professor və tələbələri də iştirak edir. Əvvəlcə Azərbaycan Respublikasının dövlət himni səslənib.
ATU-nun tədris işləri üzrə prorektoru Rauf Bəylərov tədbirdə giriş nitqi söyləyib. O, öz adından və ATU-nun rektoru, professor Gəray Gəraybəylinin adından qonaqları salamlayaraq konqresin işinə uğurlar arzulayıb. Qeyd edilib ki, ölkəmizdə, o cümlədən Tibb Universitetində beynəlxalq miqyaslı tədbirlər keçirilməsi artıq ənənəyə çevrilib. Rauf Bəylərov deyib: “Prezident İlham Əliyevin uğurlu siyasəti sayəsində son illərdə bütün sahələrdə, o cümlədən səhiyyə və tibbi təhsil sahələrində böyük uğurlar qazanılıb. 2014-cü ildə müasir Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin doğum günü ərəfəsində tibbi ali məktəblərin tələbələrinin və gənc həkimlərin I beynəlxalq konqresi keçirilib. Həmin tədbirdə Türkiyə, Rusiya, İran və bir sıra başqa ölkələrdən olan professorlarla yanaşı, gənc həkimlər və tibbi ali məktəblərin tələbələri də iştirak edib. Bu konqresin tibbi ali məktəblərin tələbələri və gənc həkimlər üçün faydası nəzərə alınaraq keçən il noyabr ayında II konqres keçirildi. Hazırkı ikigünlük konqresdə təbabətin aktual problemləri müzakirə ediləcək. Türkiyə, Almaniya, Özbəkistan, İran və Rusiya universitetlərinin 55 professorunun onkologiya, cərrahiyyə, mikrobiologiya, histologiya, stomatologiya, farmakologiya, pediatriya, genetika və tibbi statistika mövzularında elmi məruzələri dinlənəcək. Bundan əlavə, yerli və əcnəbi tələbələr öz təqdimatları ilə çıxış edəcəklər. Beynəlxalq konqresin əsas məqsədi tibb sahəsində bilik və təcrübə mübadiləsi, əməkdaşlığın tənzimlənməsi, mövcud əlaqələrin möhkəmləndirilməsidir”.
Tədbirdə çıxış edən Almaniya Xərçəng Tədqiqatları Mərkəzinin professoru Mehdi Əkbərpur və digər natiqlər bildiriblər ki, tibbi təhsil sahəsində dünya ölkələri arasında təcrübə mübadiləsi mühüm rol oynayır. Vurğulanıb ki, Azərbaycan sürətlə inkişaf edir və bu cür tədbirlər gənc həkimlərin elmi tədqiqatlarda iştirakının fəallaşmasında, onlarda diskussiya mədəniyyəti formalaşmasında mühüm rol oynayır.
Konqresin bədii hissəsində Azərbaycan musiqisinin ölməz nümunələri səslənib. Konqres iştirakçıları dahi Üzeyir bəy Hacıbəylinin “Arşın mal alan” operettasından Gülçöhrənin ariyasının və digər musiqi nömrələrinin ifasını alqışlarla qarsalayıblar.
Konqres öz işini plenar iclaslarda davam etdirir.
Tibbi ali məktəblərin tələbələrinin və gənc həkimlərin III beynəlxalq konqresi noyabrın 2-də başa çatacaq.