Daxili işlər naziri Ramil Usubov bu gün Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoralı qəbul edib.
Nazirliyin mətbuat xidmətindən Tehsil-press.az-a verilən məlumata görə, R.Usubov səfiri yeni təyinat münasibətilə təbrik edib, dost, qardaş ölkələrimiz və xalqlarımız arasında əlaqələrin daha da genişləndirilməsi üçün gələcək fəaliyyətində uğurlar arzulayıb.
Əvvəlcə səfirə DİN-in funksiyaları və əsas fəaliyyət istiqamətləri, müstəqilliyin ilk illərində üzləşdiyimiz çətinliklər, keçilən çətin və eyni zamanda, şərəfli yol barədə qısa məlumat verilib. Qeyd olunub ki, yalnız ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə ali hakimiyyətə qayıdışından sonra onun rəhbərliyi altında cəmiyyət həyatının bütün sahələrində, o cümlədən hüquq-mühafizə sahəsində həyata keçirilən qətiyyətli tədbirlər nəticəsində Azərbaycanda sabitlik, əmin-amanlıq bərpa edilib, kriminogen durum nəzarətə götürülüb.
Daxili işlər naziri ümummilli lider Heydər Əliyevin "bir millət, iki dövlət" adlandırdığı Azərbaycan ilə Türkiyə arasında əlaqələrin hər zaman yüksələn xətlə inkişaf etdiyini, dünən anadan olmasının növbəti ildönümü təntənə ilə qeyd olunan böyük öndər Mustafa Kamal Atatürkün "Azərbaycanın sevinci sevincimiz, kədəri isə kədərimizdir" məşhur ifadəsinin strateji əməkdaşlığın bütün istiqamətlərində özünü göstərdiyini, dövlət rəhbərlərinin siyasi iradəsi və qarşılıqlı səfərləri nəticəsində dost və qardaş ölkələrimiz arasındakı işbirliyinin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu məmnunluqla xatırladıb. Bildirilib ki, bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizin son illərdəki sürətli inkişafını şərtləndirən əsas amillərdən olan dönməz sabitlik yaradılıb.
Hər iki ölkənin dövlət başçılarının əməkdaşlığın bütün sahələrdə ən yüksək səviyyədə inkişafına xüsusi önəm verdiklərini diqqətə çatdıran R.Usubov son illər hər iki ölkənin Daxili İşlər nazirliklərinin cinayətkarlıqla mübarizə, peşə hazırlığı, informasiya və təcrübə mübadiləsi sahələrində əldə etdikləri diqqətəlayiq nəticələr barədə də məlumat verib.
General-polkovnik R.Usubov ölkəmizdə ordu quruculuğunda, o cümlədən DİN Daxili Qoşunlarının formalaşmasında, ən müasir tələblərə cavab verən silahlı birləşməyə çevrilməsində, şəxsi heyətin peşəkarlığının daha da yüksəldilməsində Türkiyə Silahlı Qüvvələri və Jandarm Komandanlığının böyük zəhməti olduğunu xüsusi vurğulayıb və təmənnasız qardaşlıq köməyinə görə minnətdarlığını bildirib.
İyul ayının 15-də baş vermiş dövlət çevrilişi cəhdinə toxunan nazir türk vətəndaşlarının Prezident Rəcəb Tayyib Ərdoğanın ətrafında sıx birləşməklə həmin qəsdin qarşısını qətiyyətlə aldığını, Azərbaycan Prezidentinin və xalqının ilk dəqiqələrdən Türkiyə dövlətinin və xalqının yanında olduğunu, demokratik yolla seçilmiş hakimiyyəti hərtərəfli dəstəklədiyini bir daha məmnunluqla xatırladıb.
Nazir 15 iyul hadisələrindən dərhal sonra müxtəlif sahələrdə və strukturlarda fəaliyyət göstərən «Hizmət hərəkatı»na mənsub şəxslərin aşkarlanması istiqamətində möhtərəm prezidentimizin müvafiq tapşırığına əsasən lazımi tədbirlər görüldüyünü, avqust ayının 12-də cinayət işi başlanıldığını, həmin cinayət işi üzrə Baş Prokurorluğun, Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradıldığını, sözügedən istiqamətdə müvafiq tədbirlərin davam etdirildiyini diqqətə çatdırıb.
Problemlərə toxunan R.Usubov transmilli mütəşəkkil cinayətkarlığın beynəlxalq terrorçuluq, narkotiklərin qanunsuz dövriyyəsi, insan alveri və qeyri-qanuni miqrasiya kimi ağır növləri ilə mübarizənin ölkəmizdə də diqqət mərkəzində saxlanıldığını vurğulayıb.
Səfir Erkan Özoral səmimi qəbula, təbrikə və ətraflı məlumata, eyni zamanda, Türkiyədə dövlət çevrilişinə cəhd zamanı dost və qardaş Azərbaycan dövlətinin və xalqının ölkəsinə göstərdiyi dəstəyə görə təşəkkür edib, respublikamızdakı diplomatik fəaliyyəti dövründə ikitərəfli əməkdaşlığın daha da möhkəmlənməsinə öz töhfəsini verəcəyini vurğulayıb.
Dostluq və mehribanlıq şəraitində keçən görüşdə bir sıra digər məsələlər də müzakirə edilib.
Tehsil-prress.az