“Formula-1”in təhlükəsizliyi layiqincə yerinə yetirildi” - Usubov

“Formula-1”in təhlükəsizliyi layiqincə yerinə yetirildi” - Usubov İyulun 8-də Daxili İşlər Nazirliyində 2016-cı ilin birinci yarısında cinayətkarlıqla mübarizə, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi üzrə fəaliyyətin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş Kollegiya iclası keçirilib.

Nazirlikdən tehsil-press.az-a verilən məlumata görə, Daxili işlər naziri, general-polkovnik Ramil Usubov bildirib ki, cinayətkarlığın dinamikasında və strukturunda müşahidə olunan müsbət təmayüllər davam edib, cinayətlərin qarşısının alınması, açılması, istintaqı, insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində digər hüquq mühafizə strukturları ilə birgə həyata keçirilən kompleks tədbirlər müsbət nəticələr verib, kriminogen durum nəzarətdə saxlanılıb.

“Formula-1”in təhlükəsizliyi layiqincə yerinə yetirildi” - Usubov

Daxili işlər orqanları və Daxili Qoşunlar digər hüquq mühafizə və xüsusi xidmət strukturları ilə qarşılıqlı əlaqədə respublikanın müxtəlif yerlərində keçirilmiş yüzlərlə kütləvi və beynəlxalq tədbirdə, o cümlədən “Formula - 1 Avropa Qran-Pri” yarışlarında asayişin və təhlükəsizliyin təmini sahəsində üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetiriblər. O, qeyd edib ki, şəxsi heyətin gərgin əməyi dövlətimizin başçısı tərəfindən növbəti dəfə yüksək qiymətləndirilərək bir qrup əməkdaş dövlət mükafatları ilə təltif olunub, ali xüsusi rütbələrə layiq görülüb.
R.Usubov hesabat dövründə əməliyyat-xidməti fəaliyyətin bütövlükdə qənaətbəxş olduğunu bildirib, kollegiya iştirakçılarının diqqətini həlli vacib olan məsələlərə yönəldib, tapşırıq və tövsiyələrini verib.
Nazir deyib ki, daxili işlər orqanlarının əməliyyat-xidməti fəaliyyətində olan nöqsan və çatışmazlıqlar qısa müddətdə aradan qaldırılmalı, cinayətkarlığa qarşı mübarizədə əldə olunmuş müsbət nəticələrin inkişaf etdirilməsi ciddi nəzarətdə saxlanılmalı, şəxsi heyətin peşəkarlığının artırılması istiqamətində tədbirlərin görülməsi davam etdirilməlidir.


Tehsil-press.az

Oxşar xəbərlər