Bakı Slavyan Universitetində “Narkomaniya hədəfinə çevrilməmək naminə sağlam həyat tərzi seçin” adlı maarifləndirmə tədbiri keçirilib. Təhsil Nazirliyinin təşkilatçılığı və Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının təşəbbüsü ilə baş tutan tədbirdə BSU-nun tərbiyə işləri üzrə prorektoru, dosent Xanım Sultanova ali təhsil müəssisələrində mütamadi olaraq belə tədbirlərin keçirilməsini gənclərin sağlam cəmiyyətə inteqrasiya etməsində mühüm addım kimi qiymətləndirib.
Tədbirin mahiyyəti barədə məlumat verən Dövlət Komissiyasının İşçi qrupunun rəhbərinin müavini Vasif Quliyev Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının yaranma tarixi və fəaliyyəti barədə danışıb. Narkomaniya ilə mübarizənin gücləndirilməsi üçün qanunvericilik bazasının tamamilə təkmilləşdirildiyini deyən V. Quliyev Dövlət Komissiyası tərəfindən bu istiqamətdə görülən işlərdən söz açıb.
Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin şöbə rəisi, polis polkovnik-leytenantı Elşad Məmmədli, Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin direktor müavini Bilal Əsədov, Təhsil Nazirliyinin baş məsləhətçisi Elnur Əlizadə və Dövlət Komissiyasının əməkdaşı Raqib Allahverdiyev çıxışlarında narkomaniya ilə bağlı xəstəliklər və narkotiklə mübarizə etməyin yolları barədə məlumat veriblər. Narkomaniyanın cəmiyyətdə törətdiyi bəlalardan danışan çıxışçılar onun insan orqanizmində yaratdığı fəsadlar, fiziki və psixi asılılığı barədə iştirakçıları məlumatlandırıblar.
Tədbirdə narkomaniya ilə bağlı slayd nümayiş olunub, gənclərə narkotik əleyhinə mübarizə aparmaq barədə broşurlar paylanılıb. Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.

BSU-nun Mətbuat xidməti