Azərbaycan və Belarus bir-birini dəfələrlə sınayıb. Bu fikri Azərbaycan Prezidenti İlham Əliyev bu gün təkbətək görüş başa çatdıqdan sonra Belarus Prezidenti Aleksandr Lukaşenko ilə keçirilən geniş tərkibdə görüş zamanı deyib.
Azərbaycan Prezidenti bildirib: "Bu gün biz ikitərəfli gündəliyin bir sıra mühüm məsələləri - regional problemlər, regional təhlükəsizliklə, əməkdaşlıqla bağlı məsələlər barədə fikir mübadiləsi apardıq. İndi biz diskussiyaları geniş tərkibdə davam etdirəcəyik. Sizi Azərbaycanda bir daha səmimi qəlbdən salamlamaq istərdim. Sizin səfəriniz, böyük nümayəndə heyəti ilə ölkəmizə gəlməyiniz bizi çox sevindirir. Əminəm ki, nümayəndə heyətinin üzvləri də öz istiqamətləri üzrə işləmək imkanına malik olacaqlar. Çünki bu gün bu masa arxasında bir sıra nazirliklərin, şirkətlərin, idarələrin rəhbərləri təmsil olunub. Onların öz aralarında münasibətləri var və əməkdaşlıq potensialını artırmaq niyyətindədirlər".
Daha sonra Prezident İlham Əliyev qeyd edib: "Ölkələrimiz arasında çox yaxın, etimada əsaslanan münasibətlər formalaşıb. Biz həmişə bir-birimizi dəstəkləyirik, bizi maraqlandıran, narahat edən məsələləri səmimi müzakirə edirik. Biz bir-birimizi, necə deyərlər, dəfələrlə sınamışıq. Biz bir-birimiz, həmçinin bütün ölkələr üçün də etibarlı tərəfdaşlarıq. Zənnimcə, bu da Belarusu və Azərbaycanı yaxınlaşdırır. Çünki ölkələrimiz prinsipial siyasətə və sağlam münasibətlərə görə beynəlxalq aləmdə haqlı olaraq nüfuz qazanıblar.
Əlbəttə, münasibətlərimizin böyük bir bloku iqtisadi məsələlərlə bağlıdır. Münasibətlərin formalaşması, xüsusən Azərbaycanda yaradılmış birgə istehsalatlar bizi sevindirir. Lakin qarşılıqlı ticarətin səviyyəsi, əlbəttə, bizi sevindirə bilməz. Bu gün biz əməkdaşlığın diapazonunu, nomenklaturunu necə genişləndirmək, əmtəə dövriyyəsini necə artırmaq barədə Sizinlə fikir mübadiləsi apardıq. Bunun üçün çox yaxşı potensial var. Biz işi düzgün təşkil etməklə çox qısa müddətdə qarşılıqlı ixracı artıra bilərik. Biz həm də hərbi-texniki komplekslə bağlı məsələlərdə əməkdaşlıq edirik, burada da çox yaxşı təcrübə, nəticələr və gələcək planlar var".
Dövlətimizin başçısı vurğulayıb: "Beynəlxalq təşkilatlarda biz həmişə bir-birimizi dəstəkləyirik və əminəm ki, bundan sonra da dəstəkləyəcəyik. Belarusun timsalında bizim çox etibarlı tərəfdaşımız və dostumuz var. Sizin uğurlarınıza həmişə sevinirik, Sizi görməyə həmişə şadıq.
Mən bu görüşə hazırlaşarkən bir qədər tarixə nəzər saldım və gördüm ki, bu Sizin ölkəmizə dördüncü rəsmi səfərinizdir. Mən də Belarusda dörd dəfə rəsmi səfərdə olmuşam, əlbəttə, işgüzar səfərləri saymasaq. Bu, özü bir göstəricidir və çox şeydən xəbər verir. Hər görüşümüz bizim münasibətlərə yeni təkan verir. Əminəm ki, Sizin budəfəki səfəriniz də səmərəli olacaq və imzalanacaq sənədlər, əldə edəcəyimiz razılaşmalar praktikada reallaşacaqdır. Bir daha xoş gəlmisiniz".
Tehsil-press.az