Noyabrın 16-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun və Futuroloqlar Cəmiyyətinin dəstəyi, ADNSU-nun “SABAH” qrupunun təşkilatçılığı ilə “Gələcəyin mütəxəssisləri, Azərbaycan - 2025 gələcəyə baxış” mövzusunda konfrans keçirilib.
Konfransda universitetin Tərbiyə işləri üzrə prorektoru, dosent Ata Babayev ölkəmizdə qazanılan nailiyyətlərdən danışıb.
Universitetin elektromexanika kafedrasının dosenti Elşad Şəfiyev “Minilliyin layihəsi” haqqında məlumat verib.
Beynəlxalq beyin mərkəzi, “Millenium” layihəsinin icraçı direktoru, professor Jerom Glen əsrin yeni kəşfi və gələcəyin layihəsi olan süni intellekt dalğası haqqında birbaşa bağlantı vasitəsilə tədbir iştirakçılarını ətraflı məlumatlandırıb. Alim süni zəkanın növləri, Mur qanunu, süni zəka linzaları və alternativ enerji mənbələrinin səmərəliliyi barədə danışıb.
Neft Araşdırmaları Mərkəzinin direktoru İlham Şaban “Enerji üzərində qurulan Azərbaycan iqtisadiyyatı – gələcəyə baxış” mövzusunda təqdimatla çıxış edib. Məruzədə Azərbaycanın iqtisadiyyatının qurulmasında və inkişafında neftin rolundan danışılıb.
Konfransın sonunda ADNSU-nun dördüncü kurs tələbəsi Mirəziz Əliyev “2025-ci ildə gələcəyə baxış” mövzusunda təqdimatla çıxış edib.

ADNSU-nun Mətbuat Xidməti