Azərbaycanda torpaq sahələrinin qanunsuz zəbt edilməsi halları ilə mübarizə gücləndirilir

Azərbaycanda torpaq sahələrinin qanunsuz zəbt edilməsi halları ilə mübarizə gücləndirilir Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 28 noyabr tarixli 421 nömrəli fərmanı ilə təsdiq edilmiş “Torpaqlardan istifadəyə və onların mühafizəsinə Dövlət nəzarəti haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə fərman imzalayıb.
Tehsil-press.az-ın məlumatına görə, “Torpaqlardan istifadəyə və onların mühafizəsinə Dövlət nəzarəti haqqında Əsasnamə”nin 9.5-ci yarımbəndi aşağıdakı redaksiyada verilir:
“9.5. torpaq sahələrinin özbaşına tutulması (zəbt edilməsi) hallarının qarşısının alınması üçün tədbir görülməsini, bu hallar barədə Azərbaycan Respublikasının daxili işlər orqanlarına məlumat verilməsini təmin edir;”.

Tehsil-press.az

Oxşar xəbərlər