“Google” 2013-cü ildə buraxılmış “Timelapse” xidmətinin yenilənmiş versiyasını təqdim edib.
Tehsil-press.az xəbər verir ki, istifadəçilər onun köməyi ilə Yer kürəsinin 1984-cü ildən 2016-cı ilə qədər necə dəyişdiyini görəcəklər.
Planetin bütün səthində baş verən dəyişikliklərin canlandırılması üçün şirkətin mütəxəssisləri təxminən beş milyon peyk təsvirindən istifadə ediblər. “Landsat Global Archive” layihənin partnyoru olub.
“Timelapse” xidmətinin yenilənmiş versiyasının köməyi ilə istifadəçilər Mayamidə sahilin tikilməsi, Dubayın səhradan böyük şəhərə çevrilməsi və Aral dənizinin dayazlaşmasını asanlıqla görə biləcəklər.
Tehsil-press.az