İnternat məktəbinin 80 illik yubileyi keçirilib

İnternat məktəbinin 80 illik yubileyi keçirilib Sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 nömrəli Respublika xüsusi internat məktəbinin 80 illik yubileyi qeyd olunub.
Mərasimdə təhsil naziri Mikayıl Cabbarov, Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov, millət vəkilləri,Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev, dövlət və özəl qurumların nümayəndələri iştirak ediblər.
Əvvəlcə qonaqlar məktəbin muzeyi ilə tanış olublar.
Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Sonra məktəbin fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.
Təhsil naziri Mikayıl Cabbarov 3 dekabr-Beynəlxalq Əlillər Gününün 80 illik tarixə malik internat məktəbində qeyd edilməsinin xüsusi əhəmiyyət daşıdığını bildirərək, burada tədris aparan müəllimlərin fədakar əməyindən danışıb. Nazir sağlamlıq imkanları məhdud uşaqların təlim-tərbiyəsi işində göstərdikləri peşəkarlığa, şagirdlərin əldə etdiyi uğurlu nəticələrə görə müəssisə rəhbərliyini, kollektivi təbrik edib və onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Nazir dövlət tərəfindən internat məktəblərinə göstərilən qayğıdan danışıb. Bu sahədə Heydər Əliyev Fondunun müstəsna xidmətləri olduğunu qeyd edən nazir, fond tərəfindən belə müəssisələrin maddi-texniki və tədris bazasının möhkəmləndirilməsi istiqamətində məqsədyönlü işlər görüldüyünü vurğulayıb.
Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov əlamətdar yubiley münasibəti ilə kollektivi təbrik edib və əlilliyi olan şəxslərin əmək bazarına çıxış imkanlarının asanlaşdırılması yönündə görülən işlərdən danışıb.
Məktəbin direktoru İradə Vəzirova rəhbərlik etdiyi təhsil müəssisəsi barədə məlumat verib. Bildirib ki, məktəb 2006-cı ildə Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə əsaslı təmir olunub. Müəssisə 2015-2016-cı ildə Təhsil Nazirliyi tərəfindən cari təmir olunub.
İnternat məktəbində 311 nəfər gözdən əlil və zəif görən şagird təhsil alır. Onların təlim-tərbiyəsi ilə 94 nəfərdən ibarət pedaqoji heyət məşğul olur.
Son 3 ildə internat məktəbinin məzunlarından 14 nəfəri ali, 11 nəfəri orta ixtisas müəssisələrinə qəbul olunub.
Daha sonra internat məktəbinin bir qrup əməkdaşına “Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi” döş nişanı təqdim edilib.
Tədbir şagirdlərin ifasında ədəbi-bədii kompozisiya ilə davam etdirilib.


İnternat məktəbinin 80 illik yubileyi keçirilibİnternat məktəbinin 80 illik yubileyi keçirilibİnternat məktəbinin 80 illik yubileyi keçirilibİnternat məktəbinin 80 illik yubileyi keçirilibİnternat məktəbinin 80 illik yubileyi keçirilibİnternat məktəbinin 80 illik yubileyi keçirilibİnternat məktəbinin 80 illik yubileyi keçirilibİnternat məktəbinin 80 illik yubileyi keçirilibİnternat məktəbinin 80 illik yubileyi keçirilibİnternat məktəbinin 80 illik yubileyi keçirilib

Oxşar xəbərlər