Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında (ADBTİA) bu ali məktəb, Təhsil Nazirliyi və Böyük Britaniyanın “British Council” təşkilatı arasında 2016-2017-ci tədris ilində “TOPs layihəsi - fiziki tərbiyə üzrə müasir təhsil texnologiyalarının yaradılması” layihəsi üzrə əməkdaşlığa dair niyyət protokolunun imzalanma mərasimi keçirilib.
Əvvəlcə ötən tədris ilini əhatə edən TOPs layihəsinin qiymətləndirilməsi hesabatına dair videotəqdimat olub.
Mərasimdə ADBTİA-nın rektoru Fuad Hacıyev rəhbərlik etdiyi ali məktəbin fəaliyyətindən, təhsilin inkişafı istiqamətində reallaşdırılan tədbirlərdən danışıb.
Rektor, eyni zamanda, TOPs layihəsinin əhəmiyyətini diqqətə çatdırıb.
Təhsil nazirinin müavini Firudin Qurbanov ulu öndər Heydər Əliyevin idman sahəsinə daim böyük önəm verdiyini, Ümummilli Liderin ideyalarının Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini bildirib.
Nazir müavini ölkəmizdə idmanın inkişaf etdiyini söyləyib, bu sahədə qazanılan uğurlardan söz açıb. F.Qurbanov qeyd edib ki, şagirdlərin fiziki sağlamlığı, psixoloji dayanıqlılığı, təlim nailiyyətlərinin bədən tərbiyəsi və idman vasitəsilə yüksəldilməsi müasir təhsil üçün prioritet istiqamətlərdəndir. TOPs layihəsinin “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na uyğun olaraq həyata keçirildiyini deyən nazir müavini bildirib ki, layihə hər il əhatə dairəsini genişləndirir. 2016-2017-ci tədris ilində müvafiq layihədən 72 ümumtəhsil məktəbindən 320 nəfərdən çox ibtidai sinif və fiziki tərbiyə müəllimi, 100 mindən çox şagird faydalanacaq.
Təmsil etdiyi qurumun Təhsil Nazirliyi ilə əməkdaşlığından danışan “British Council” təşkilatının Azərbaycan üzrə rəhbəri xanım Elizabet Vayt layihələr içərisində 2014-cü ildən həyata keçirilən TOPs layihəsinin xüsusi əhəmiyyəti olduğunu diqqətə çatdırıb.
Ötən tədris ilində “Ən yaxşı açıq dərs” və “Ən yaxşı idman festivalı” nominasiyaları üzrə qaliblərə diplom və hədiyyələr təqdim edilib.
Sonda tədbir iştirakçıları akademiyada fəaliyyət göstərən IV İslam Həmrəylik Oyunları nəzdində könüllülük proqramının qeydiyyat düşərgəsində yaradılan şəraitlə tanış olublar.

ADMTİA-nın Mətbuat Xidməti