Noyabrın 16-da Bakıda Avropa Azərbaycan Cəmiyyəti (TEAS) tərəfindən təsis olunmuş Azərbaycan Müəllim İnkişaf Mərkəzinin (AMİM) yeni binasının açılış mərasimi keçirilib.
Açılış mərasimində çıxış edən Avropa Azərbaycan Cəmiyyətinin təsisçisi və sədri Tale Heydərov Azərbaycan Müəllim İnkişaf Mərkəzinin Prezident İlham Əliyevin təsdiq etdiyi “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın uğurla həyata keçirilməsinə töhfə vermək məqsədilə yaradıldığını diqqətə çatdırıb.
O qeyd edib ki, təhsilin inkişafına dəstək Avropa Azərbaycan Cəmiyyətinin fəaliyyətində əsas strateji istiqamətlərdən biridir. Cəmiyyət 2011-ci ildə dünyanın qabaqcıl təhsil standartlarına cavab verən Avropa Azərbaycan Məktəbini təsis edib.
Məktəb haqqında məlumat verən T.Heydərov deyib ki, Avropa Azərbaycan Məktəbi 3-6 yaşlı uşaqlar üçün Erkən Təlim Mərkəzini, ibtidai və tam orta məktəbi özündə birləşdirən yerli və beynəlxalq təlim proqramları üzrə təhsil verən kompleksdir. Hazırda minə yaxın şagirdin təhsil aldığı bu model təhsil mərkəzi Beynəlxalq Məktəblərin Avropa Şurasına (ECIS) və Beynəlxalq Məktəblər Şurasına (CIS) üzv qəbul edilib, həmçinin Beynəlxalq Bakalavriat Təşkilatının Diplom Proqramı üzrə avtorizasiya alıb.
TEAS sədri vurğulayıb ki, təhsil sahəsində layihələrin davamı olaraq təlim prosesində əsas amil olan müəllim hazırlığına da xüsusi önəm verilib. Bu məqsədlə postsovet məkanında müəllim hazırlığı üzrə yeni model – Müəllim İnkişaf Mərkəzi yaradılıb. Mərkəzə müəllimlər üçün əlavə təhsil mərkəzi kimi dövlət tərəfindən lisenziya verilib. Mərkəzin işini müasir standartlar səviyyəsində təşkil etmək üçün beynəlxalq səviyyəli mütəxəssislər cəlb edilib və müəllim hazırlığı üzrə yeni proqramlar yaradılıb. Mərkəzdə müəllim hazırlığı üzrə ən müasir elmi-pedaqoji və tədris kitablarını əhatə edən kitabxana yaradılıb və o, informasiya texnologiyalarına əsaslanan tədris avadanlıqları ilə təmin edilib.
Azərbaycan Müəllim İnkişaf Mərkəzinin direktoru Qrem Polak mərkəzin qarşısına qoyulan missiyanı uğurla yerinə yetirəcəyinə əmin olduğunu bildirib. Direktor məlumat verib ki, noyabrın 17-də AMİM-in təşkilatçılığı ilə “Təlim Keyfiyyətinin Yüksəldilməsi” adlı Beynəlxalq Təlim Konfransının açılışı olacaq. İki gün ərzində keçiriləcək konfransda 600-dən çox iştirakçı qeydiyyatdan keçib. Konfransda təhsil üzrə tanınmış məruzəçi və tədqiqatçılar, iki tanınmış beynəlxalq məruzəçi Bill Martin (ABŞ) və Debra Masters (Yeni Zelandiya) çıxış edəcək.
Amerikalı təhsil mütəxəssisi Bill Martin təhsilin inkişafını dəstəkləmək və müəllim hazırlığının təkmilləşdirilməsi məqsədilə belə bir mərkəzin yaradılmasının əhəmiyyətli layihə olduğunu, inkişaf edən Azərbaycan üçün bu istiqamətdə layihələrin reallaşdırılmasının vacib hesab etdiyini bildirib.
Milli Məclisin elm və təhsil komitəsinin sədr müavini Bəxtiyar Əliyev ölkəmizdə təhsil islahatlarının uğurla davam etməsinə Azərbaycan Müəllim İnkişaf Mərkəzinin də dəstək verəcəyinə əmin olduğunu vurğulayıb.
Sonra Mərkəzin açılışını bildirən rəmzi lent kəsilib.