“Məktəb icmaları” layihəsi çərçivəsində reallaşdırılan “İdeya-2017” müsabiqəsinə yekun vurulub.
Müsabiqənin keçirilməsinin əsas məqsədi valideynlərin məktəblilərin həyatında daha fəal iştirakını təmin etməkdir.
Müsabiqəyə qatılan valideynlər məktəblilərin həyatını daha maraqlı və rəngarəng etmək məqsədi daşıyan layihələrini təqdim ediblər.
Təqdim olunan layihələrdən 10-u qalib gəlib.
Qaliblərdən ilk üç yerin sahibinə “Məktəb icmaları” layihəsinin əsas tərəfdaşı olan “Accessbank”, digər yeddi yerə layiq görülənlərə isə “Sağlam Ailə” Tibb Mərkəzi və “Şərq-Qərb” nəşriyyatı tərəfindən hədiyyələr təqdim olunub.
Tədbirdə “Məktəb icmaları” layihəsi və “İdeya-2017” müsabiqəsi haqqında geniş məlumat verilib, valideynlərin məktəbin və şagirdlərin həyatındakı rolunun vacibliyi, müsabiqənin şagirdlərin praktik və sosial bacarıqlarının hərtərəfli inkişafına təsiri nəzərə çatdırılıb. Qeyd olunub ki, valideynlərin məktəb həyatında fəallığı məktəb-şagird-valideyn münasibətlərinə olduqca müsbət təsir göstərir.
Daha sonra tədbir qalib layihələrdə əks olunan ideya və təkliflərin müzakirəsi ilə davam etdirilib.
Tehsil-press.az