Rusiya Tacikistanla hava əlaqəsini kəsir

Rusiya Tacikistanla hava əlaqəsini kəsir Rusiyanın Nəqliyyat Nazirliyi Tacikistana bu ölkə ilə hava əlaqəsinin kəsilməsi ilə bağlı xəbərdarlıq edib.

Tehsil-press.az xəbər verir ki, bu gecə saat 00:00-da Rusiya ilə Tacikistan arasında təyyarələrin uçuşlarına qadağa qoyula bilər.
Buna səbəb Tacikistan tərəfinin “Yamal” aviaşirkətinin təyyarələrinə Moskvadakı yeni “Jukovski” hava limanından Xucand şəhərinə reyslərə icazə verməməsidir.
“Hələlik bu icazəni ala bilməmişik”, - RF Nəqliyyat Nazirliyindən bildirilib.

Tehsil-press.az

Oxşar xəbərlər