Əfqanıstan Prezidenti Muxammad Aşraf Qani Tacikistanda rəsmi səfərdədir.
M.A.Qaninin Tacikistan Prezidenti Emoməli Rəhmonla görüşündə ölkələr arasında siyasi, ticarət-iqtisadi, sosial-mədəni sahələrdə, həmçinin Əfqanıstanda sülhün və sabitliyin bərpa olunması, bu ölkənin sosial-iqtisadi inkişafının dirçəldilməsi, milli birliyin əldə edilməsi və digər məsələlər müzakirə olunub.
Dövlət başçıları energetika və nəqliyyat-tranzit infrastrukturlarının inkişaf məsələlərini də müzakirə edib. Qeyd olunub ki, CASA-100 regional layihəsinin başa çatdırılması Əfqanıstana verilən elektrik enerjisinin həcminin artırılmasına səbəb olacaq. Tərəflər Tacikistan-Əfqanıstan-Türkmənistan dəmir yolu xəttinin çəkilməsində maraqlı olduqlarını vurğulayıblar.
Görüşdə terrorizm, ekstremizm, narkotik qaçaqmalçılığı, mütəşəkkil cinayətkarlıqla mübarizə məsələlərində ikitərəfli əməkdaşlığın dərinləşdirilməsi istiqamətində də geniş fikir mübadiləsi aparılıb. Danışıqların yekununda əlaqələrin inkişafı ilə bağlı sənədlər imzalanıb. M.A.Qani Tacikistanın Baş naziri Koxir Rasulzoda və parlamentin sədri Şukurjon Zuxurovla da görüşüb.
Tehsil-press.az