İvanka Tramp-ABŞ-ın birinci qızı

İvanka Tramp-ABŞ-ın birinci qızı 35 yaşında uğurlu sahibkar, yazar və sözün əsl mənasında məhşur olan bu xanımın varıdatının 150 milyon dollara yaxın olduğu güman edilir. Lakin ABŞ-ın yeni prezidenti Donald Tramp öz qızının gələcəyini necə görür?

İvanka Tramp diqqət mərkəzində olmağa alışıb. Gənc yaşlarında model kimi çalışan İvanka daha sonra moda aləmini, biznesi, KİV-i əhatə edən genişmiqyaslı imperiyanın sahibi oldu.
Lakin indi İvanka daha çox diqqət mərkəzində olacaq - cünki Ağ Evə gəlməyə hazırlaşan Donald Tramp qızını və onun həyat yoldaşı Cared Kuşneri də özüylə gətirəcək.Noyabr ayında Tramp həyat yoldaşı Melanianın oğlu Barronun məktəbdə tədris ili başa çatana qədər Nyu-Yorkda qalacağını bildirmişdi.
Bu vaxt ərzində isə İvanka həyat yoldaşıyla Vashingtonun nüfuzlu rayonu sayılan Corctaunda yerləşmək imkanlarını nəzərdən keçirəcək. Donald Tramp İvanka və Caredə Ağ Evdə ofis ayırmağa hazırlaşır, hansı ki, adətən dövlətin birinci xanımı üçün nəzərdə tutulur.
"Birinci ledi" haqqında kitabın müəllifi Suzanne Suenin fikrincə, Melanianın bu qərarı Ağ Evdə qəbul edilən protokoldan geri çəkilməkdir. Lakın Vashingtonun siyası arenasının mərkəzinə ilk dəfə düşən ailə üçün bu hec də təəccüblü hadisə deyil. "Birinci xanımların hər biri hər şeyi özlərinə uyğunlaşdırmağa çalışırlar", - deyən Suenin sözlərinə görə Barak Obamanın xanımı Mişel Obama da qızlarıyla Çikaqoda qalmaq imkanlarını nəzərdən keçirmişdi.
Suenin fikrincə, Melania Tampın Nyu Yorkda qalmaq qərarı həyatlarını əvvəlki kimi davam etdirməyə və uşaqları ictimai diqqətdən qorumağa yönləndirilib. Uzun illər ərzində ölkənin əksər birinci xanımları da bu fikri dəstəkləyiblər.

İvanka Tramp-ABŞ-ın birinci qızı
İvanka Trampla 50 min dollara bir fincan kofe

"Nyu York Times" qəzetinin yazdığına görə Eric Trampın xeyriyyə fondu qalibin İvanka ilə kofe işmək hüququ qazanacağı auksionun anonsunu verib. Londondan olan investisiyalar meneceri Ozan Özkuralın qəzetə verdiyi açıqlamaya görə, o ABŞ-ın yeni prezidentinin Türkiyəyə və digər ölkələrə qarşi siyasət planları barədə daha çox bilmək şansına görə 60 min dollarlıq təklif irəli sürüb.
Auksiona cıxarılan və ilkin olaraq 50 min dollar dəyərində qiymətləndirilən təklif ötən cümə 72 min 888 dollara çatıb. Auksiondan əldə edilən bütün gəlirlər Tennessidəki “St Jude” xəstəxanasına göndərilməsi nəzərdə tutulmuşdu. Lakin sonradan auksion təşkilatçıları tədbiri təxirə salıblar.
Görünən odur ki, Melania Nyu Yorkda qaldığı müddət ərzində İvanka rəsmi tədbirlərdə və dövlət rəsmiləriylə faktiki olaraq sahibə kimi çıxış edərək birinci xanım səlahiyyətlərini üzərinə götürməyə hazırdır. Ümumiyyətlə, bu yayılmış praktikadır. Belə ki, Tomas Cefferson, Lindon Conson və Ronald Reyqan da daxil olmaqla ABŞ-ın digər prezidentlərinin ailə üzvləri də xidməti səlahiyyətlərini yerinə yetirməkdə dövlət başçısına köməklik ediblər.
Lakin İvanka Trampın rolu daha əhəmiyyətli ola bilər. Belə ki, İvankanın Yaponiyanın baş naziri Sindze Abe ilə danışıqlarda və Silikon Vadisinin nəhəng liderləri - Facebook, Apple və digər böyük texnologiya şirkətləriylə görüşdə iştirak etməsi təəccübə səbəb olub.
Atasının yürütdüyü siyasətin formalaşmasında İvankanın təsiri ola bilərmi? Bir qədər əvvəl o, gələcəkdə Respublika Partiyasının siyası xəttinə qarşı çıxa biləcək konkret məsələləri - qadın hüquqlarının qorunması, İqlimin dəyişməsi istiqamətində mübarizə, uşaqlara qayğı siyasəti kimi problemlərin həllini müdafiə edirdi.
"Trump Revealed: An American Journey of Ambition, Ego, Money and Power"(Örtüksüz Tramp: ambisiya, eqo, pul və hakimiyyət) kitabının müəlliflərindən biri Mixael Kranişin fikrincə, Trumpın qızıyla bağlı planları hələ də qaranlıq olsa da, prezident biznes məsələlərində ailə üzvlərininn yaxın məsləhətçiləri olduğuna dair eyham vurub.

İvanka Tramp-ABŞ-ın birinci qızı

"İvanka seçki qabağı kampaniyada mühüm rol oynadı və buna görə də hər kəs onun və həyat yoldaşının Trampın məsləhətçisi qismində kifayət qədər rol oynayacağını gözləyir", -deyə Kraniş bildirib.
Prezidentin siyasi məsələlər üzrə müşaviri Anna-Mariya Slayter "Nyu York Times" qəzetinə verdiyi müsahibədə İvankanı atasının prezidetliyi müddətində qadın haqlarının müdafiəçisi kimi gördüyünü bildirib. "O, uşaqlara qayğı göstərilməsi məsələlərinə çox ciddi yanaşır və administrasiya daxilində bu vacib qüvvə sayıla bilər", -deyə Slayter vurgulayıb.
Lakin onun rolu nə dərəcədə formal xarakter daşıyacaq? Hələki dövlət nümayəndəsi sayılmayan İvankanın qohumbazlıqla mübarizə federal qanuna heç bir aidiyyatı yoxdur.
Keçmiş prezident Con Kennedinin dövründə qəbul edilən bu qərar ABŞ-ın dövlət siyasətinə prezidentin ailə üzvlərinin təsirini məhdudlaşdırır. Trampın müşaviri Kellyann Konvay artıq administrasiyanın qanundakı bu boşluqdan istifadə edə biləcəyi ehtimalını irəli sürüb.
"Lakin göründüyü kimi qohumbazlıqla mübarizə haqqında qanunda bəzi hallarda, məsələn Qərb qanadında çalışmaq istəyən ailə üzvləri üçün istisnalar nəzərdə tutulub. Belə ki, belə hallarda prezident özünün xüsusi əməkdaşlarını təyin edə bilər", - deyən Konveyin fikrincə, Ağ Evdəki istənilən iş Trampın biznes maraqlarından "tam ayrılması" deməkdir.

İvanka Tramp-ABŞ-ın birinci qızı

Donald Tramp ölkəyə başçılıq etdiyi müddət ərzində onun şirkətini idarə edənlər arasında qızının adını çəkməyib. Lakin buna baxmayaraq, maraqların toqquşması nəticəsində yaranan ittihamlardan qaçmaq mümkün deyil. Trampın seçkilərdən sonra ilk dəfə ailəsiylə birgə verdiyi telemüsahibə zamanı şəxsi zinyət brendi olan qolbağı taxıb gələn İvankanın artıq bunu hiss etmək imkanı olub.
Dəyəri 10 min dollar olan zinyət əşyasını reklam edən mətbuat bülleteni KİV-də böyük hay-küyə səbəb olub. Hətta iş o yerə çatıb ki, şirkətin prezidenti rəsmən üzr istəmək məçburiyyətində qalıb.
Bu səhv nəticə çıxarmaq üçün bir dərs, yoxsa Donald Tramp administrasiyasında bundan sonra bizi gözləyən çoxsaylı münaqişələrdən birimi olacaq?
"Bizim ölkə ilk dəfədir ki, Ağ Evin biznesmen ailəsini qəbul etməsiylə qarşı-qarşiyadır. Biz ancaq ümid edə bilərik ki, Trumpın ailəsi kifayət qədər ehtiyatlı olacaq və etik zəmində problemlərin yaşanmasından qaçmağa nail olacaq", - deyə Suen bildirib.

Tehsil-press.az

Oxşar xəbərlər