ATU-da professor-müəllim heyətinin fəaliyyətinin bal-reytinq sistemi ilə qiymətləndirilməsi üçün komissiya yaradılıb

ATU-da professor-müəllim heyətinin fəaliyyətinin bal-reytinq sistemi ilə qiymətləndirilməsi üçün komissiya yaradılıb Azərbaycan Tibb Universitetində (ATU) professor-müəllim heyətinin fəaliyyətinin bal-reytinq sistemi ilə qiymətləndirilməsi üçün komissiya yaradılıb.
ATU-nun tədris və müalicə işləri üzrə prorektor Sabir Əliyev tədbiri açaraq, komissiyaya işində uğurlar diləyib: “Bir neçə ay bundan əvvəl ATU-nun böyük elmi şurasında professor-müəllim heyətinin fəaliyyətinin qiymətləndirilməsi üçün komissiya yaradıldı. Bu gün də biz bu komissiyanın məqsədinin nədən ibarət olduğunu və bu günə qədər artıq nələr etdiyi ilə bağlı məlumatlar verəcəyik”.
Komitənin sədri, ATU-nun Ağız və üz-çənə kafedrasının müdiri Çingiz Rəhimov tədbir iştirakçılarına komissiyanın vəzifələri, məqsədi, gözlənilən nəticələri haqqında geniş məlumat verib. O, komissiyanın 4 üzvü olduğunu III uşaq xəstəlikləri kafedrasının professoru Surxay Musayev, elmi tədqiqat mərkəzinin direktoru, professor Qalib Qarayev, epidemiologiya kafedrasının müdiri, professor İbadulla Ağayev, ümumi gigiyena və ekologiya kafedrasının müdiri, professor Mirzə Kazımov və bu üzvlər arasında artıq iş bölgüsünün aparıldığını deyib.
Ç. Rəhimov ilk olaraq bir neçə “pilot kafedralar”ın seçildiyini qeyd edib. Bunlar I-ci cərrahi xəstəliklər kafedrası, İnsan anatomiyası kafedrası, Mərkəzi Elmi Tədqiqat Laboratoriyası, Epidemiologiya kafedrası, Uşaq xəstəlikləri kafedrası, Əczaçılıq kimyası kafedrası, Ağız və üz-çənə kafedralarıdır.
“Bu komissiya ATU-da aktiv və passiv kafedraların məlum olacağına da yol açacaq. Bu həqiqətən də lazımi bir haldır. Çünki universitetin reytinqinin əsasını kafedraların fəaliyyəti tutur – deyə, sədr bildirib.
Tədbir müzakirələrlə davam edib.

ATU-nun Mətbuat Xidməti


ATU-da professor-müəllim heyətinin fəaliyyətinin bal-reytinq sistemi ilə qiymətləndirilməsi üçün komissiya yaradılıbATU-da professor-müəllim heyətinin fəaliyyətinin bal-reytinq sistemi ilə qiymətləndirilməsi üçün komissiya yaradılıbATU-da professor-müəllim heyətinin fəaliyyətinin bal-reytinq sistemi ilə qiymətləndirilməsi üçün komissiya yaradılıbATU-da professor-müəllim heyətinin fəaliyyətinin bal-reytinq sistemi ilə qiymətləndirilməsi üçün komissiya yaradılıbATU-da professor-müəllim heyətinin fəaliyyətinin bal-reytinq sistemi ilə qiymətləndirilməsi üçün komissiya yaradılıb

Oxşar xəbərlər