19 may 2016-cı il tarixində Azərbaycan Dillər Universitetində (ADU) universitetin Kitabxana İnformasiya Mərkəzinin (KİM) təşəbbüsü ilə dəyirmi masa keçirildi. Mərkəz haqqında universitetin müəllim və tələbə heyətini məlumatlandırmaq məqsədi ilə təşkil olunan dəyirmi masada öncə KİM-in bölmə müdiri Güllüzar Məmmədova kitabxananın fəaliyyətini əks etdirən detallardan bəhs etdi. O, mərkəzin dövriyyə xidməti, qiraət zalları və üç şöbədən ibarət olan texniki servislər xidməti barədə iştirakçıları məlumatlandırdı. G. Məmmədova kitabxananın 8000 üzvə qiraət imkanları yaratdığını vurğulayaraq, onlardan 640 nəfərinin tələbələr olduğunu qeyd etdii.
ADU-nun Filologiya və Jurnalistika fakültəsinin dekanı, professor Sevda Vahabova, Linqvokulturologiya kafedrasının müdiri, professor Məsməxanım Qazıyeva, Ümumi dilçilik kafedrasının professoru Fəxrəddin Veysəlli, Psixologiya kafedrasının müdiri, dosent Ceyhun Alıyev, Linqvodidaktika kafedrasının müdiri, professor Gülnar Hüseynzadə öz çıxışlarında kitabxananın keçmiş dövrünü xatırlayaraq onun mövcud vəziyyətini müzakirə etdilər. Tələbələrin kitaba olan marağının azaldığını söyləyən çıxışçılar mütaliəyə həvəs yaratmaq məqsədi ilə universitetdə aksiyalar keçirməyi də labüd hesab etdilər. Onlar mütaliə edən insanın geniş dünyagörüşünə malik olduğunu və cəmiyyətdə daha layiqli yer tuta biləcəyini bildirdilər, bu səbəbdən də tələbələrə qiraət etməyi tövsiyə etdilər.
Dəyirmi masada həmçinin kitabların satışının vacibliyi qeyd olundu və kitabxanada mövcud olan bəzi çatışmazlıqlar müzakirə olundu.
Qeyd edək ki, dəyirmi masada Pedaqoji (ingilis dili-fransız dili) fakültəsinin dekanı, dosent Vəfa Babayeva, universitetin professor-müəllim və tələbə heyəti də iştirak edirdi.

ADU-nun Mətbuat Şöbəsi