Futbol komandasını daşıyan gəmi batdı

Futbol komandasını daşıyan gəmi batdı Uqanda ilə Konqo Demokratik Respublikasının sərhədində yerləşən Alberta gölündə faciə baş verib.
Tehsil-press.az Qərb mətbuatına istinadən xəbər verir ki, yerli “Bulişa” futbol komandasını azarkeşləri ilə birlikdə gölün o biri sahilinə “Hoyma” klubu ilə yoldaşlıq oyununa aparan gəmi batıb.
Mənbənin bildirdiyinə görə, gəminin çevrilməsinə səbəb göyərtəyə toplaşmış xeyli insanın eyni zamanda rəqs etməsi və gəmini yellətməsi olub.
Hadisə nəticəsində 9 nəfər ölüb, 21 nəfər itkin düşüb. Yerli balıqçılar 15 nəfəri xilas edə biliblər.

Tehsil-press.az

Oxşar xəbərlər