XİN: Rusiya və Gürcüstanla sərhədlərin demarkasiyası üzrə danışıqlar davam edəcək

XİN: Rusiya və Gürcüstanla sərhədlərin demarkasiyası üzrə danışıqlar davam edəcək Azərbaycan gələn ilin birinci yarısında Rusiya və Gürcüstanla dövlət sərhədlərinin demarkasiyası üzrə komissiyaların iclaslarının keçirilməsini planlaşdırır.
Tehsil-press.az-ın məlumatına görə, bu barədə Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov deyib.
Onun sözlərinə görə, hər iki tərəfin nümayəndələri ilə görüşlər mütəmadi olaraq keçirilir.
Nazir müavini əlavə edib: "Bu, uzun prosesdir, müqavilə-normativ bazanı formalaşdırmaq lazımdır".

Tehsil-press.az

Oxşar xəbərlər