Bionik göz korlara ümid verir

Bionik göz korlara ümid verir Böyük Britaniyada bionik deyilən göz uğurla sınaqdan keçirilib.

Tehsil-press.az xəbər verir ki, elektron qurğu ilə insanın biosistemini birləşdirən bu texnologiya görmə sistemində genetik pozğunluğun nadir formasından əziyyət çəkən insanların görmə qabiliyyətinin qismən bərpa olunmasına imkan verir.
Mütəxəssislərin sözlərinə görə, bu, yalnız birinci addımdır, texnologiya təkmilləşdikcə, bionik gözləri olan adamların görmə keyfiyyəti də yaxşılaşacaq.
Gözlərinə yeni qurğu köçürülən pasiyentlər indinin özündə deyirlər ki, bionik göz indiyədək zülmət içində olan həyatlarına marağı geri qaytarıb.

Tehsil-press.az

Oxşar xəbərlər