Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Beynəlxalq Gözdən Əlillər Gününə həsr edilmiş “Onların gözü olaq” mövzusunda tədbir keçirilib.
Tədbirdə ADPU-nun elmi işlər üzrə prorektoru, professor Asəf Zamanov 2006-cı ildə BMT tərəfindən əlillərin hüquqları ilə bağlı konvensiyanın qəbul edildiyini xatırladıb. Azərbaycanın 2008-ci ildə bu sənədə rəsmən qoşulduğunu söyləyən A.Zamanov ölkəmizdəki 30 mindən çox görmə qüsurlu vətəndaşlara dövlət tərəfindən hərtərəfli qayğı göstərildiyini bildirib.
Bu sahədə Heydər Əliyev Fondu tərəfindən görülən işləri diqqətə çatdıran prorektor gözdən əlillərin informasiya-kommunikasiya texnologiyaları ilə təminatı sahəsində bir sıra geniş layihələrin həyata keçirildiyini diqqətə çatdırıb.
Qeyd olunub ki, respublikamızın müxtəlif bölgələrində, o cümlədən Bakıda, Gəncədə, Naxçıvanda, Yevlaxda gözdən əlillər üçün İnformasiya resurs tədris mərkəzləri tikilib istifadəyə verilib. Digər bölgələrdə də belə müəssisələrin gözdən əlillərin ixtiyarına verilməsi davam etdirilir.
Magistratura və doktorantura şöbəsinin müdiri, professor İbrahim Bayramov bildirib ki, əhalinin sosial müdafiəsinin gücləndirilməsi dövlət siyasətinin prioritet istiqamətidir. Ölkəmizdə görmə qabiliyyətini qismən və ya tamamilə itirmiş insanların həyatının yaxşılaşdırılması, maddi və məişət problemlərinin həlli yolunda geniş tədbirlər həyata keçirilir.
Tədbirdə Tofiq Balayev “Gözdən əlillərin yaşayış şəraiti”, Nazlı Əliyeva “Gözdən əlillər kitabxanasının fəaliyyəti” Bəybala İbadullayev “Beynəlxalq fəaliyyətlər və dövlətimizin qayğısı” mövzularında çıxış edib, videoçarx vasitəsilə gözdən əlillərin fəaliyyəti və kitabxana haqqında məlumat veriblər.
Tədbirdə gözdən əlillərə mənzillərin verilməsini əks etdirən videoçarx nümayiş olunub.

ADPU-nun Mətbuat Xidməti