Danimarkanın paytaxtı Kopenhagendə yerləşən Türkiyə səfirliyinin qarşısında bu ölkədə fəaliyyət göstərən Skandinaviya Türk Federasiyası tərəfindən son vaxtlar Türkiyədə baş verən terror aktlarını pisləyən aksiya keçirilib. Aksiyaya Danimarkada fəaliyyət göstərən “Vətən” Cəmiyyətinin üzviləri, həmçinin türk və türkmən diaspor fəalları iştirak ediblər.
Aksiyada əvvəlcə Türkiyənin dövlət himni səsləndirilib. Sonra son vaxtlar Türkiyədə baş verən terror hücumlarında öldürülən insanların ruhu birdəqiqəlik sükutla yad olunub.
Çıxış edən Skandinaviya Türk Federasiyasının sədr müavini Bahadur Güler dinc insanların ölmünə səbəb olan terror aktlarının yolverilməz olduğunu qeyd edib, yaranan təhlükəyə qarşı birgə mübarizənin vacibliyini vurğulayıb.
Mitinqdə iştirakçılar "şəhidlər ölməz, vətən bölünməz" və “terrora lənət” kimi şüarlar səsləndiriblər.