İki gün öncə qızına dəbdəbəli toy edən milyarder kürəkəninə atəş açıb

İki gün öncə qızına dəbdəbəli toy edən milyarder kürəkəninə atəş açıb Kürəkənini “cəsarət testi”ndən keçirdiyini deyən türkiyəli iş adamı, milyarder Ali Ağaoğlu yenicə ailə quran qızının həyat yoldaşı haqda maraqlı faktların üstünü açıb.
Qızı Sena Ağaoğlunun toyunda səhnə alan məşhur müğənni Sərdar Ortaçın: “Kürəkənlə necə tanış oldunuz?” sualına Ali Ağaoğlu maraqlı açıqlaması ilə diqqət çəkib. İlk tanışlıq üçün Ortaköydəki evinə gələn kürəkəni Koray Kırcala silah tuşlayaraq atəş etdiyini deyən Ali Ağaoğlu: “Kürəkənin üstünə bir “maqazin” boşaltdım. Dimdik, qorxmaz şəkildə önümdə durunca: “Ürəkli adammış. Qızıma layiq bir gənc”, – deyə düşünərək tanış oldum”, – deyib.

Tehsil-press.az

Oxşar xəbərlər