“ADA” Universitetinin 47 nəfər bakalavr tələbəsi yaz semestrində dünyanın 23 müxtəlif aparıcı universitetlərində təhsil alacaqlar. Universitetin Beynəlxalq Münasibətlər şöbəsinin direkotu Rəhman Şahhüseynlinin sözlərinə görə, bu, Universitetin təhsil mübadiləsinə bu günə qədər göndərdiyi ən geniş tələbə qrupudur: “Hazırda “ADA” Universitetinin 20 ölkədə yerləşən 47 universiteti ilə elm və təhsil mübadiləsi haqda razilaşmaları mövcuddur. Bunların sayı hər il artır. Bəziləri ilə əməkdaşlığımız müəllim heyəti mübadiləsi, digərləri ilə isə tədqiqat və ya tələbə mübadiləsini nəzərdə tutur. Bununla, Universitetin bütün sahələri mütəmadi olaraq ən aparıcı beynəlxalq praktikadan yararlana bilir.”
Qeyd edək ki, “ADA” tələbələri bir semestrlik mübadilə proqramında iştirak etmək üçün məqbul akademik göstəricilər nümayiş etdirməli, sosial layihələrdə fəal olmalıdırlar. Universitet daxili qəbul prosesindən keçənlər ixtisas sahələri üzrə tərəfdaş universitətlərə göndərilirlər. Bu ilki mübadilə proqramında iştirak edən bakalavrların 21 nəfəri biznes, 17-si beynəlxalq və ictimai münasibətlər, 9-u isə informasiya texnologyaları və mühəndislik oxuyurlar. Onların yollanacağı universitetlər Yaponiyadan tutmuş ABŞ-a dək geniş coqrafiyanı əhatə edir və Fransanın Biznes və Menecement Beynəlxlaq Məktəbi, Koç Universiteti, Koreyanın Elm və Texnologiya Aparıcı İnstitutu kimi ali təhsil ocaqlarını daxil edir.
Mübadilə proqramı tələbələrə akademk üfüqlərini genişləndirməklə yanaşı, fərdi və peşəkar inkişaflarına da böyük töhfə verir və onları müxtəlif mədəniyyətlərin təmsil olunduğu beynəlxlaq iş mühitinə hazırlaşdırır.

ADA-nın Mətbuat Xidməti