Şair-publisistin “Seçilmiş əsərlər”inin üçüncü cildi işıq üzü görüb

Şair-publisistin “Seçilmiş əsərlər”inin üçüncü cildi işıq üzü görüb Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair-publisist Şövkət Zərin Horovlunun “Seçilmiş əsərlər”inin üçüncü cildi işıq üzü görüb.

Tehsil-press.az xəbər verir ki, nəfis tərtibatla 384 səhifədən ibarət kitab “Ecoprint” nəşriyyatında çap olunub.
Kitabda müəllifin müxtəlif illərdə yazdığı şeirlər və poemalar yer alıb. Nəşrdə “Duyğu yarpaqları” “İlham pərim”, “Haqqın harayı” və “Kənd uşaqları” poemaları oxuculara təqdim edilib.
İki yüzdən çox şeir, ballada, 3 poemanın dərc olunduğu kitabın redaktoru və “Ön söz”ün müəllifi mərhum şair-publisist Səyavuş Sərxanlıdır.

Tehsil-press.az


Oxşar xəbərlər