Adi su insanı daha ağıllı edə bilər

Adi su insanı daha ağıllı edə bilər ABŞ-ın San-Dieqo şəhərində yerləşən Kaliforniya Universitetində adi içməli suyun insana təsiri tədqiq edilib.

Tehsil-press.az xəbər verir ki, sən demə, su intellekti artıra bilirmiş. Alimlərin sözlərinə görə, o, beyin reseptorlarına müsbət təsir göstərir.
Lakin suyu ancaq müəyyən vaxtlarda içmək lazımdır. Səhər yeməyindən dərhal sonra iki böyük qurtum təmiz su içmək təkcə həzm prosesini sürətləndirmir, həm də təfəkkür fəaliyyətini gücləndirir. Eksperiment suyun faydasını sübuta yetirib.
Alimlər 30 gənc və sağlam kişidən ibarət qrup toplayıblar. Könüllülər tutumlu səhər yeməyindən sonra yarım stəkan su içiblər. Bu zaman onlardan intellektin qiymətləndirilməsi üçün məsələ həll etmək xahiş olunub. Su içməyən başqa qrup da olub. Nəticədə məsələləri məhz əsas qrup daha yaxşı həll edib.
Ekspertlər su ilə intellekt səviyyəsi arasında birbaşa əlaqənin olduğunu bildirirlər. Lakin həddindən çox su içmək də məsləhət görülmür. Əks halda böyrək və sidik kisəsi xəstəlikləri inkişaf edir.

Tehsil-press.az

Oxşar xəbərlər