Bakı Peşə məktəbləri və liseylərində təhsil alan qızların əl işləri nümayiş olunub

Bakı Peşə məktəbləri və liseylərində təhsil alan qızların əl işləri nümayiş olunub “Peşəm mənim karyeramdır - gənc qızlara dəstək” layihəsi çərçivəsində sərgi keçirilib.

Təhsil Nazirliyindən tehsil-press.az-a bildiriblər ki, sərgidə 5, 10, 13 nömrəli Bakı peşə məktəbləri və 12, 18 nömrəli Bakı peşə liseylərində təhsil alan qızlar iştirak ediblər.
Sərgidə aşpaz, ağac üzərində naxış rəssamı, xalçaçı, dərzi, qənnadıçı-şirniyyatçı, geyim üzrə dizayner, bərbər-vizajist, interyer və eksteryerin bədii tərtibatçısı, qrimçi-pastijor, kostyum ustası və dərzi ixtisasları üzrə təhsil alan qızların əl işləri nümayiş olunub.
“Peşəm mənim karyeramdır - gənc qızlara dəstək” layihəsi Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi, “SAF Həyat Naminə” Gənclər İctimai Birliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə reallaşdırılır.

Bakı Peşə məktəbləri və liseylərində təhsil alan qızların əl işləri nümayiş olunubBakı Peşə məktəbləri və liseylərində təhsil alan qızların əl işləri nümayiş olunubBakı Peşə məktəbləri və liseylərində təhsil alan qızların əl işləri nümayiş olunubBakı Peşə məktəbləri və liseylərində təhsil alan qızların əl işləri nümayiş olunub

Tehsil-press.az

Oxşar xəbərlər