Enerji daşıyıcılarının qiymətinin aşağı düşdüyü şəraitdə iqtisadiyyatın şaxələndirilməsi neft hasil edən ölkələrin inkişafının əsasıdır. Rusiya və Azərbaycan böhrandan uğurla çıxırlar. Bu, çox cəhətdən iki ölkə arasında sıx iqtisadi əməkdaşlıq sayəsində mümkün olur.
Rusiya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri, inteqrasiya proseslərini diqqətlə izləyən Dmitri Savelyev AZƏRTAC-a müsahibəsində bir sıra müştərək layihələr barədə danışıb.
-Dmitri İvanoviç, sizcə, 2016-cı ildə Azərbaycan iqtisadiyyatı neqativ amillərin təsirini nə dərəcədə uğurla aradan qaldıra bilib?
-Son illərdə dünya iqtisadiyyatında mənfi meyillər güclənib, iqtisadi artım isə nəzərəçarpacaq dərəcədə ləngiyib. Bu yeni reallıqla hesablaşmaq lazımdır. Azərbaycan öz iqtisadiyyatının sabitləşdirilməsi və şaxələndirilməsi üçün çox düzgün tədbirlər görür. Azərbaycanın əsas inkişaf dinamikası qeyri-neft sektoru ilə bağlıdır. Respublikada magistralların tikintisi, qaz təchizatı, qazlaşdırma və elektrikləşdirmə sahəsində planlaşdırılan infrastruktur layihələrinin, demək olar ki, hamısı reallaşdırılıb.
Prezident İlham Əliyev 2016-cı ilin axırlarında milli iqtisadiyyatın on iki istiqaməti üzrə strateji yol xəritəsini təsdiqləyib. Əsas diqqət xammalın emalına, kiçik və orta biznesə, yüksək ixtisaslı iş qüvvəsinin formalaşmasına və istifadəsinə yönəlmiş yüksək gəlirli sahələrin inkişafı üzərində cəmləşdirilib. Buna görə də hətta dünya böhranı şəraitində də artımın bütün əlamətləri göz qabağındadır.
-Sizin fikrinizcə, iqtisadiyyatın hansı sahələrində Azərbaycanın uğurları daha aydın görünür?
-Şübhəsiz, bu, nəqliyyat sahəsidir. Rusiya və İranla birgə həyata keçirilən “Şimal-Cənub” layihəsi prioritet layihəyə çevrilib. Uzunluğu 7200 kilometr olacaq bu beynəlxalq nəqliyyat dəhlizi Hindistanın Mumbay limanından Sankt-Peterburqa qədər sərnişin və yük daşımağa imkan verəcək. Hindistandan Rusiyaya və Avropaya birbaşa marşrut yaradılması ideyası artıq yüz ilə yaxın mövcud olsa da, bu ideya məhz indi həyata keçirilir. Azərbaycan ərazisi bu nəqliyyat dəhlizinin mühüm hissəsidir. Bu, yüklərin tranziti hesabına respublikanın hər il 2,5 milyard dollar gəlir əldə etməsinə imkan verəcək.
Habelə “Azərbaycan Dəmir Yolları”nın rəhbərliyi bu ölkə və bütövlükdə region üçün tamamilə yeni bir layihəni – dəmir yol nəqliyyatı vasitəsilə sürətli sərnişindaşıma layihəsini həyata keçirməyə başlayıb. Bakı-Sumqayıt-Bakı sürətli dəmir yolu marşrutu artıq işə düşüb. 2017-ci ilin sonuna qədər Bakı-Gəncə marşrutu üzrə ilk sürətli elektrik qatarı istifadəyə veriləcək. Aviadaşımalar sahəsi də sürətlə inkişaf edir: turizm mövsümlərində Avropanın iri şəhərlərinə çarter reyslərinin və birbaşa aviareyslərin sayının artırılması nəzərdə tutulur. Məsələn, cari ilin yayından etibarən Bakı-Sankt-Peterburq hava reyslərinin sayı təxminən iki dəfə artırılacaq. Bütün bunlar ölkələrimiz arasında turist axınlarının artmasına şərait yaradacaq və nəticə etibarilə turizm sahəsinin inkişafına təkan verəcək.
-Məlum olduğu kimi, Rusiya Azərbaycandan xeyli meyvə və tərəvəz idxal edir. Bu baxımdan, respublikanın aqrar sektorunun necə inkişaf etməsi, yəqin ki, Rusiya üçün maraqlıdır.
-Həqiqətən, rusiyalılar Azərbaycanın kənd təsərrüfatı məhsullarını yüksək qiymətləndirirlər. Bu məhsulların dadı və keyfiyyəti hər cür tərifə layiqdir. Ötən ilin doqquz ayı ərzində Azərbaycandan idxal edilən meyvə-tərəvəz məhsullarının ümumi dəyəri 217 milyon dollara çatıb. Bu, 2016-cı ilin həmin dövrü ilə müqayisədə, demək olar ki, 25 faiz çoxdur. Pomidor, armud və alma idxalı 1,5 dəfə, xiyar idxalı 2,6 dəfə artıb. Bunların sayəsində son bir ildə Azərbaycanda kənd təsərrüfatı məhsulları istehsalı 2,6 faiz çoxalıb. Eyni zamanda, Azərbaycan bazarı Rusiyanın aqrar mütəxəssisləri üçün də yetərincə cəlbedicidir: ölkəmiz Azərbaycan bazarına dənli bitkilər və onların emal olunmuş məhsullarını göndərir. Rusiyadan taxıl ixracının ümumi həcmində Azərbaycanın xüsusi çəkisi kifayət qədər böyükdür. Respublika Rusiyadan taxıl idxalçılarının ilk beşliyinə daxil olub.
Ərzaq sahəsində Rusiya-Azərbaycan müştərək layihələrini ayrıca qeyd etmək istərdim. Krasnodar diyarında Azərbaycan kapitalının iştirakı ilə meyvə-tərəvəz məhsulları emal edən zavodlar və çay fabrikləri tikilir, Tatarıstanın Laişev rayonunda isə Azərbaycanın “Benkons Group” şirkəti şirə istehsal edən zavod tikir. Bu zavod ildə 50 min tondan çox təbii və ekoloji təmiz şirə istehsal edəcək. Həmin zavodun məhsulları həm ölkə daxilində istehlak ediləcək, həm də Asiya ölkələrinə ixrac olunacaq.
-Rusiya ilə Azərbaycanın iqtisadi tərəfdaşlığını nə dərəcədə səmərəli hesab edirsiniz?
-Bu gün Azərbaycanın əmtəə dövriyyəsində Rusiya üçüncü yeri, idxal üzrə isə birinci yeri tutur. Rusiya sizin respublikanın əsas iqtisadi tərəfdaşlarından biridir. Rusiya biznesi Azərbaycan iqtisadiyyatına 3 milyard dollardan artıq sərmayə yatırıb. Azərbaycanın Rusiya iqtisadiyyatına qoyduğu investisiyaların həcmi isə 1 milyard dollardan çoxdur. Bunlar iqtisadi münasibətlər baxımından qarşılıqlı etimadın səviyyəsini nümayiş etdirən çox ciddi göstəricilərdir.
Azərbaycan dövləti həm öz sahibkarlarına, həm də ölkə ərazisində işləyən və istehsalla məşğul olan xarici sahibkarlara ciddi güzəştlər edir. Bu, Rusiya biznesi üçün də Azərbaycanla əməkdaşlığın cəlbediciliyini artırır. Hazırda Azərbaycanda yüz faiz Rusiya kapitalı əsasında fəaliyyət göstərən 200 şirkət var. Bizim biznesmenlər aqrar sahəyə və sənaye sektoruna xüsusi maraq göstərirlər. Onlar informasiya texnologiyaları, tikinti və turizm sahələrində fəaliyyət göstərir.
Bakının Pirallahı rayonunda tikilməkdə olan dərman preparatları zavodu son dövrün ən əlamətdar nümunələrindən biridir. Rusiyanın “R-Farm” şirkətlər qrupu və Azərbaycanın “Vita-A” şirkəti “Həyat-Farm” adlı müştərək müəssisə yaradaraq bu layihəyə 20 milyon dollardan çox sərmayə yatırıblar. Yeni müəssisə artıq 2018-ci ildə Azərbaycan bazarına 84 adda tibbi preparat çıxaracaq.
Rusiya ilə Azərbaycan arasında iqtisadi münasibətlərin indiki yüksək səviyyəsi dövlətlərimizin strateji məqsədlərinə tamamilə müvafiqdir. Hesab edirəm ki, qarşılıqlı inteqrasiya prosesi daha da dərinləşəcək, Rusiya-Azərbaycan ittifaqı hər iki ölkənin xeyrinə yeni əlaqələrlə möhkəmlənəcək.
Tehsil-press.az