Ərəb şeyxindən Burakla Fahriyeyə ŞOK bal ayı təklifi

Ərəb şeyxindən Burakla Fahriyeyə ŞOK bal ayı təklifi Türk şou-biznesinin ən gözəl cütlüyü Burak Özçivit və Fahriye Evcen 2017-ci ilin yayında baş tutacaq toy mərasiminə hazırlaşır.

Tehsil-press.az-ın verdiyi məlumata görə, adı açıqlanmayan ərəb biznesmen ulduz cütlüyə bal ayını Qətər və ya Dubay şəhərində keçirməyi təklif edib. Biznesmen nəinki onların istirahətinin təşkilini öz üzərinə götürəcək, həm də ulduzlara 2 milyon ödəməyə hazırdır. Hələlik nə aktyorlar, nə də onların nümayəndələri ərəb biznesmenin bu təklifnə heç bir münasibət bildirməyib.
Qeyd edək ki, türk seriallarının ulduzları ərəb ölkələrində çox populyardır. Məsələn, bu yaxınlarda Dubayda bir sərgidə iştirak etmək üçün Məryəm Uzerli 1.000.000 türk lirəsi (300.000 dollar), Burak Özçivit isə 1.500.000 türk lirəsi (450.000 dollar) məbləğində qonorar alıb.
Həmçinin ərəb şirkətləri Burak Özçivit və onun gələcək həyat yoldaşı Fahriye Evcenin böyük reklam kampaniyalarına cəlb edilməsində maraqlıdır.

Tehsil-press.az

Oxşar xəbərlər