BDU Uruqvay Katolik Universiteti ilə əməkdaşlıq edəcək

BDU Uruqvay Katolik Universiteti ilə əməkdaşlıq edəcək Uruqvay Katolik Universiteti İslam kafedrasının və Ərəb Humanitar Təhsili Ümumdünya departamentinin müdiri, ərəb və islam araşdırmaları üzrə fəlsəfə doktoru Susana Manqana Bakı Dövlət Universitetində olub. Rektor, akademik Abel Məhərrəmovla görüşdə əməkdaşlıq məsələləri müzakirə edilib. BDU-da ərəb dili və ədəbiyyatının tədrisindən, ərəb elmi məktəblərindən danışan rektor bu istiqamətdə birgə fəaliyyətdən söz açıb. Susana Manqana universitetlərarası əlaqələrin inkişafında maraqlı olduqlarını deyib. Görüşdə, eyni zamanda birgə seminar və konfransların keçirilməsi, yay məktəblərinin təşkili də müzakirə edilib.

Mətbuat və informasiya şöbəsi


BDU Uruqvay Katolik Universiteti ilə əməkdaşlıq edəcək

Oxşar xəbərlər