Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin dəstəyi ilə Bakı Dövlət Universiteti (BDU) jurnalistika fakültəsinin müəllimləri üçün ərəb dili kurslarına start verilib.
Fakültənin dekan müavini, dosent Könül Niftəliyeva kursun müəllimlər üçün böyük əhəmiyyət daşıdığını bildirərək təşkilatçılara təşəkkür edib. Qeyd edib ki, ərəb dili kursu Misirin Azərbaycandakı səfirliyi tərəfindən Bakıya dəvət olunan doktor Əşrəf Əbdülqadir Fərəq Mohamed tərəfindən aparılacaq.
Məqsəd ərəb ölkələrinin kütləvi informasiya vasitələri ilə bağlı tədqiqat aparan fakültə müəllimləri, magistrantları və doktorantlarının dil bacarıqlarını yüksəltmək, onların həmin ölkələrin tarixi, müasir dövrü ilə bağlı vəsaitlərdən istifadə imkanlarını genişləndirməkdir.
Jurnalistika fakültəsində ərəb dili kursunun başlamasından məmnunlugunu bildirən Əşrəf Əbdülqadir Fərəq Mohamed bu barədə məlumat verib, ərəb dilini qısa müddət ərzində mənimsəməklə bağlı tövsiyələrini bildirib.
Qeyd edək ki, Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzində Jurnalistika fakültəsinin tələbələri üçün də ərəb dili kursları keçirilir.

BDU-nun Mətbuat Xidməti