Azərbaycan sübut edib ki, sülhə nail olmaq üçün ən yaxşı vasitə tolerantlıqdır və bu gün Azərbaycan mədəniyyətlərarası, dinlərarası dialoq və humanitar əlaqələrin möhkəmlənməsi üçün beynəlxalq meydana çevrilib.
Tehsil-press.az-ın məlumatına görə, bunu Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) iclası zamanı Azərbaycan nümayəndə heyətinin üzvü Sahibə Qafarova deyib. S.Qafarova qeyd edib ki, bu il Azərbaycanda IV İslam həmrəyliyi oyunları keçiriləcək və bu yalnız idman tədbiri deyil.
“Bakıda İslam oyunlarının keçirilməsi İslamın terrorçuluq dini olması barədə deyilənlərə cavab olacaq” deyən S.Qafarova 2017-ci ildə Azərbaycanda "İslam Həmrəyliyi İli" elan olunduğunu da deyib.
Tehsil-press.az