Ankara və London terrorla mübarizədə əməkdaşlığı gücləndirmək barədə razılığa gəliblər

Ankara və London terrorla mübarizədə əməkdaşlığı gücləndirmək barədə razılığa gəliblər Ankara və London terrorizmə qarşı mübarizədə daha sıx əməkdaşlıq haqqında razılığa gəliblər.

Tehsil-press.az-ın verdiyi məlumata görə, bunu Türkiyənin baş naziri Binəli Yıldırım, Türkiyədə səfərdə olan Böyük Britaniyanın baş naziri Tereza Mey ilə danışıqların yekunlarına əsasən, bildirib.
B. Yıldırm deyib ki, biz terrorizmlə mübarizədə daha sıx əməkdaşlıq barədə razılığa gəldik: "Müzakirə etdiyimiz mövzular arasında iyulun 15-də baş vermiş çevriliş cəhdi olub. Biz hörmətli Meyə bildirdik ki, Fətulla Gülən hərəkatı Böyük Britaniyada və bütün dünyada fəaliyyət göstərir. Biz bununla əlaqədar Böyük Britaniyaya zəruri tədbirlərin aparılmasını xahiş etdik".

Tehsil-press.az

Oxşar xəbərlər