ABŞ-ın daha üç ştatınnı preokurorları Donald Trampın miqrasiya fərmanına qarşı qaldırılmış iddiaya qoşulub.
Tehsil-press.az xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb.
Söhbət Nyu-York, Massaçusets və Vaşinqtondan olan baş prokurorlar Erik Şnayderman, Mor Hill ilə Bob Ferqüsondan gedir.
Baş prokurorlarının fikrincə, Trampın verdiyi fərman ABŞ konstitusiyasına ziddir və qeyri-qanuni sayılmalıdır.
Xatırladaq ki, artıq San-Fransisko şəhərinin baş prokuroru Denis Errera Trampı məhkəməyə verib.
Bundan əlavə “Amazon” şirkətinin yaradıcısı Cef Bezos, “Microsoft” və “Expedia” şirkəti də iddiaya dəstək veriblər.
Qeyd edək ki, yanvarın 27-də ABŞ prezidenti Donald Tramp İran, İraq, Liviya, Somali, Sudan, Suriya və Yəmən vətəndaşlarının ölkəyə girişini qadağan edən qanun imzalayıb.
Tehsil-press.az