Əli və Cavid Abdullazadə qardaşları avropa çempionu olmaq arzusundadaırlar
Qobustan rayon olimpiya idman mərkəzində Azərbaycan Qocyuru Okinava Karatedo və Kabudo Növləri Federasiyası (AQOKKNF ), Qobustan Rayon İcra Hakimiyyəti ilə birgə şəhidlərinin xatirəsinə həsr edilən idman turniri keçirilib. Bu yarışlarda Bakı şəhərinin Yasamal, Nizamı, Xətai, Qaradağ rayonları ilə yanaşı respublikamızın Qobustan, Yevlax, Hacıqabul, Şirvan, Göyçay, Zərdab və digər rayonlarından olan100 nəfərdən yuxarı gənc idmançı təmsil olunub. Turnirdə idmançılar yaş qruplarına uyğun, çəki dərəcələrində və müxtəlif növlər üzrə yarışıblar.VKF-dərəcəsində və kata üzrə keçirilən turnir gərgin idman mübarizə şəraitində keçib. Turnirdə Bakı şəhərindən “Sərhədçi”, “Ruslan”, “Ağ at”idman kulublarının,Yasamal, Qaradağ və Qobustan, birinci mərhələsində idmançılardan Seyid Abbasov (Hacıqabul), Hüseyn Məmmədov (Qobustan), Rəvan Əkbərov (Qobustan), Fəqan Şərifzadə (Yevlax), Abdulla Abdullayev (Göyçay ), Tofiq Sabirli (Qobustan), Zaur Talıbov(Qobustan), Allahverdi Allahverdili (Şirvan), Qasım Zərbəliyev (Qaradağ), Nizami Mustafayev (Qaradağ) fərqlənərək birinci yeri tutdular. Turnirin ikinci mərhələsində, yəni kata yarışında Əli Abdullazadə (Yasamal) , Həsən Dadaşzadə (Bakı), Yusif Dadaşov (Yasamal) Şükran İsmayılov (Bakı) Xanağa Məmmədov (Yasamal), Mövlan Mustafayev və digərləri qalib adını qazanıb.
Bu turnirin əsas favoritləri isə,Bakı şəhəri Yasamal rayon komandasını təmsil edən Əli və Cavid Abdullazadə qardaşları olublar. Onların hər ikisi Bakı şəhəri, Yasamal rayonu 52 –saylı tam orta məktəbinın ən nümunəvi və əlaçı şagirdləridirlər.Əli məktəbin 10 cu, Cavid isə 6 cı sinifində oxuyur. Məktəbli idmançıların atası Azər Abdullazadənin bildirdiyinə görə, məktəbin direktoru Elmira Ələsgərova uşaqların uğurlarına sevinir, ƏIi və Cavidlə məktəbin fəxrləri olduqlarını deyir. Eyni zamanda direktor daimə onlara mənəvi dəstək verir yeni yarışlarda ancaq uğurlar arzulayır. Azər Abdullazadə deyir ki, oğlanları cəmi altı aydır ki, məşqlərə gedirlər. Onların məşqçi-müəllimi respulikamızın tanınmış təcrübəli məşqçi-idmançı Aydın Dadaşovdur. Qardaşlar orta məktəbdə əla qiymətlər almaqla yanaşı məşqlər də mütamadi iştirak edirlər. Hər dəfə yeni fəndlər öyrənməyə, məşqçinin tapşırıqlarına, dəyərli məsləhətlərinə əməl etməyə çalışırlar. Qardaşların atası Azər kişinin sözlərinə görə, övladlarının evdə də idmanla məşğul olmaları üçün hər cür şərait yaradılıb. Qeyd edək ki, Əli və Cavid Abdullazədə qardaşları yarışdan-yarışa təkmilləşir, təcrübə toplayır və uğurlar qazanırlar. Belə ki, onlar bu yaxınlarda Hövsan Olimpiya İdman Kompleksində keçirilən 19-cu Respublika Açıq Çempionatında xüsusilə fərqli çıxışlar edərək Əli ikinci, Cavid ücüncü yeri tutub. Sonuncu yarışda daha yaxşı çıxış edən Əli-qızıl, Cavid isə gümüş medallar qazanıb. Məşqçi Aydın Dadaşovun bildirdiynə görə, qardaşların hər ikisi Azərbaycan yığma komandasının üzvüləridir və ustalığa namizəddirlər. Qardaşların gələcəyi uğurlu və parlaqdır. Qeyd edək ki, turnirin qalibi olan Əli Abdullazadə həm namaz qılır, məşq etməklə yanaşı həm də ali
məktəbə də ciddi hazırlaşır. Onun idmançı qardaşı Cavid deyir ki, məşqçiləri Aydın Dadaşov ilk növbədə onların məktəbdə necə oxumaları ilə maraqlanır və hər ay qiymət kitabçaları tanış olur. Bu günlər Əli və Cavid Abdullazadə qardaşlarının qələbələrinə onların məşqçisi Aydın müıllim, valideynləri, Sumqayıt Pedaqoji Universitetdə təhsil alan bacısı ilə yanaşı təhsil aldıqları 52 saylı orta məkəbin rəhbərliyi, müəllimləri, məktəb yoldaşları da sevinir və onları təbrik edirlər.
Məktəbli idmançıların uğurları ilə daha çox fəxr edən təcrübəli məşqçi Aydın Dadaşov Abdullazadə qadaşlarının bu günlər Avropa çempianatına çox ciddi hazırlaşdığını bildirdi:”Bu onların beynəlxalq yarışlardakı ilk çıxışları olacaq. Buna görə də Əli də, Cavid də məşqlərdə fəal iştirak edir, öz üzərlərində ciddi çaışır və mənim öyrətdiyim fəndlərə, tapşırıqlara uyğun məşqlər keçirirlər. Mən bir məşqçi müəllim kimi onların gələcəyinə nikbin baxıram. Çünkü Abdullazədə qardaşları cəmi 6 ay məşq etmələrinə baxmayaraq artıq müəyyən uğur qazanıblar. Aydın müəllim inanır ki, bu dəfə gənc yetirmələri beynəlxalq arenalarda Azərbaycanımızın üç rəngli bayrağını dəfələrlə yüksəklərə qaldıracaqlar.”Halal olsun, onlara tərbiyə verən valideynlərə və dərs deyən müəllimlərə”-deyə məşqçi Aydın Dadaşov əlavə etdi.
Qeyd edək ki, 2016-cı ilin dekabr ayında Hövsan Olimpiya İdman Kompleksində keçirilən 19-cu Azərbaycan Respublikasının Açıq Çempinat idmançı qardaşlar üçün ilk dəfə belə mötəbər yarışlarda iştirak ediblər. Bu çempionatda uğurla çıxış edən Əli və Cavid Abdullazadə rəqiblərin əksəryyətindən üstün olaraq qalib adını qazanıblar. Məktəbli idmançılara Avropa çempionatında ancaq qələbə sevincləri arzu edirik. İnanırıq ki, Əli və Cavid Abdullazadə qardaşları seçdikləri bu idman yolunda daha da püxtələşib, təcrübəli idmançı olacaqlar.

Elman Maliyev