Cavid irsi məktəblilər arasında təbliğ edilir

Cavid irsi məktəblilər arasında təbliğ edilir Noyabrın 4-də Azərbaycan Milli Elmlər Akademiyasının Hüseyn Cavidin Ev Muzeyi və Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun birgə təşkilatçılığı ilə Bakıdakı 1 nömrəli tam orta məktəbdə böyük şair və dramaturq Hüseyn Cavidin irsinin təbliği məqsədilə tədbir keçirilib.
Muzeydən tehsil-press.az-a bildiriblər ki, tədbir muzeyin əməkdaşı Fəridə Əliyevanın rəhbəri olduğu “Məktəbli yeniyetmələr arasında Hüseyn Cavid yaradıcılığının təbliği” adlı layihə çərçivəsində təşkil edilib.
Çıxış edənlər böyük sənətkar Hüseyn Cavidin həyat və yaradıcılığından, ölməz əsərlərinin (“Ana”, “Şeyx Sənan”, “İblis”, “Peyğəmbər”, “Səyavuş”, “Xəyyam” və s.) əhəmiyyətindən danışıblar.
Eyni zamanda, layihə çərçivəsində yeni nəşr olunmuş “Cavid hikməti: seçmə aforizmlər (Azərbaycan və ingilis dillərində)” kitabı haqqında məlumat verilib.
Sonda məktəblilərə kitablar hədiyyə olunub.

Cavid irsi məktəblilər arasında təbliğ edilir

Tehsil-press.az

Oxşar xəbərlər