Bakıda Şərq Tərəfdaşlığı ölkələri, xüsusən Azərbaycan üçün nəzərdə tutulmuş layihələr üzrə ortamüddətli məruzənin təqdimatı keçirilib.
Tehsil-press.az-n məlumatına görə, tədbirdə çıxış edən Avropa Şurasının Bakıdakı nümayəndəliyinin başçısı Draqan Filipoviç proqram və layihələr barədə ətraflı məlumat verib, onların həyata keçirilməsində dəstəyə görə bütün tərəfdaşlara minnətdarlığını bildirib.
Onun sözlərinə görə, Azərbaycan Avropa və Asiya arasında deyil, həm də İslam Əməkdaşlıq Təşkilatı və Avropa İttifaqı arasında körpü ola bilər.
Tədbirdə həmçinin, Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard çıxış edib. Onun sözlərinə görə, Azərbaycan və Avropa İttifaqı arasında tərəfdaşlıq yaxşı səviyyədədir. Diplomatın fikrincə, layihələr çərçivəsində tərəflər müxtəlif sahələrdə təcrübələrini bölüşəcəklər.
Tehsil-press.az