UNEC-də seminar: Maliyyə xidmətlərinin inkişafı real sektorun dayanıqlılığını təmin edəcək

UNEC-də seminar: Maliyyə xidmətlərinin inkişafı real sektorun dayanıqlılığını təmin edəcək UNEC-də Maliyyə və Mühasibat fakültəsinin təşkilatçılığı ilə “Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol xəritəsi” mövzusunda seminar keçirilib.
UNEC-in Marketinq və Kommunikasiya Departamenti, İctimaiyyətlə Əlaqələr Şöbəsindən Trend-ə verilən məlumata görə, seminarda fakültə nəzdində fəaliyyət göstərən kafedralarının professor- müəllim heyəti iştirak edib.
Maliyyə və mühasibat fakültəsinin dekanı, dosent Gəray Musayev bildirib ki, respublikada mövcud olan böhranlı vəziyyətə baxmayaraq, ölkə rəhbərliyi tərəfindən aparılan məqsədyönlü iqtisadi siyasət nəticəsində 2016-cı il səmərəli islahatlar ili olub. Maliyyə resurslarının səmərəli realizə olunması hökümətin qarşısında duran vəzifələri uğurla həyata keçirməyə, iqtisadiyyatın inkişafı üçün zəruri maliyyə əsaslarının formalaşmasına əsaslı imkan yaradıb. Məhz bu amillərdən asılı olaraq, 2016-cı ildə ölkə iqtisadiyyatında müsbət meyllər yaranıb və davam etməkdədir.
İştirakçılar “Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol xəritəsi”nin əhəmiyyətindən danışıblar. Qlobal maliyyə böhranının yeni mərhələyə qədəm qoyduğu bir dövrdə qarşıda duran vəzifələrə toxunaraq, böhrandan çıxış yollarının müəyyənləşməsində və onun reallaşdırılmasında Strateji Yol xəritəsinin konkret istiqamətverici sənəd olduğunu vurğulayıblar.
Sonda G.Musayev bildirib ki, seminarda səsləndirilən fikirlər gələcəkdə tədris prosesində maliyyə və mühasibat ixtisası üzrə təhsil alan tələbələrin hazırlığında əsas istiqamətlərdən biri kimi istifadə olunacaq. Dekan əlavə olaraq qeyd edib ki, Strateji Yol xəritəsinin ayrı-ayrı bölmələrinin öyrənilməsi, seminarda müzakirəsi və təhlili fakültədə davam etdiriləcək. Eyni zamanda tədris prosesində əsas fəaliyyət istiqaməti kimi tətbiq olunacaq.
UNEC haqqında:
UNEC Azərbaycan Dövlət İqtisad Universitetinin brendidir. 21 yanvar 2016-cı ildə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən UNEC brendi qeydiyyata alınaraq, patentləşdirilib.

UNEC-in Mətbuat Xidməti


UNEC-də seminar: Maliyyə xidmətlərinin inkişafı real sektorun dayanıqlılığını təmin edəcək

Oxşar xəbərlər