Azərbaycanın peşə təhsili və təlimi sistemində 5 strateji hədəf müəyyən edilib

Azərbaycanın peşə təhsili və təlimi sistemində 5 strateji hədəf müəyyən edilib Azərbaycanın peşə təhsili və təlimi sistemində 5 strateji hədəf müəyyən edilib.

Tehsil-press.az-ın məlumatına görə, bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin 2016-cı il 6 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi”ndə deyilir.
Qeyd olunur ki, bu sənəd peşə təhsili və təlimi sahəsində dünyada mövcud meyillər nəzərə alınmaqla, ölkədə əmək bazarının tələblərinə uyğun təhsil proqramları əsasında ixtisaslı kadrlar hazırlayan peşə təhsili sisteminin inkişaf etdirilməsi məqsədilə çeviklik və inteqrasiya prinsipləri əsasında hazırlanıb. Sənəddə peşə təhsili və təlimi sektoru üzrə 2020-ci ilədək strateji baxış, 2025-ci ilədək olan dövr üçün uzunmüddətli baxış və 2025-ci ildən sonrakı dövr üçün hədəf baxış müəyyən edilib. 2020-ci ilədək olan dövr üzrə strateji baxışa nail olmaq üçün strateji hədəflər və prioritetlər, o cümlədən icra müddətləri göstərilməklə müvafiq tədbirlər, əsas və digər icraçılar, gözlənilən təsirlər, icra mexanizmləri təfsilatlı şəkildə hazırlanışb. Qısamüddətli dövrdə prioritetlərin diqqətlə seçilərək icra edilməsi orta və uzunmüddətli dövr ərzində görüləcək işlər üçün zəmin hazırlayacaq. Bundan əlavə, strateji yol xəritəsi yerli və beynəlxalq səviyyədə özəl sektor nümayəndələri üçün məlumat və əməkdaşlıq vasitəsi olacaq.
Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri rəhbər tutulmaqla, 2020-ci ilədək olan dövr ərzində Azərbaycanın peşə təhsili və təlimi sistemində aşağıdakı strateji hədəflər müəyyən edilib:
- işəgötürənlərin peşə təhsili və təlimi sisteminə inteqrasiyası;
- nəticələrə əsaslanan güclü maliyyələşdirmə sisteminin yaradılması;
- məqsədli peşə inkişafı proqramlarının yaradılması;
- sektorlar üzrə spesifik proqramların yaradılması;

- peşə təhsili və təlimi üzrə hədəflərin əldə olunmasına təkan verəcək vasitələrin tətbiqi
Peşə təhsili və təlimi sektorunda müəyyən edilmiş prioritetlərin real ÜDM-ə təsirinin təxminən 6 milyon manat olacağına baxmayaraq, bu prioritetlər digər sektorların prioritetləri çərçivəsində 1 milyard manat məbləğində dolayı təsirin meydana çıxmasına səbəb olacaq. Belə ki, peşə təhsili və təlimi sektoru iqtisadiyyatın digər sektorları ilə qarşılıqlı əlaqədə olmaqla, həmin sektorların potensialının tam reallaşdırılmasında mühüm rol oynayır və bu sektora qoyulan investisiyalar nəticədə iqtisadiyyata multiplikativ təsirgöstərir.
Müəyyən edilmiş strateji hədəflərə nail olmaq üçün 190 milyon 950 min manat investisiya tələb olunur.
Bu strateji yol xəritəsində nəzərdə tutulan tədbirlərin icrası aşağıdakı mənbələr hesabına maliyyələşdiriləcək:
- dövlətbüdcəsi;
- büdcədənkənar fondlar;
- Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri;
- yerli büdcələr;
- mülkiyyət formasından asılı olmayaraq yerli idarə, müəssisə və təşkilatların vəsaitləri;
- birbaşa xarici investisiyalar;
- ölkə bank sisteminin kreditləri və qrantlar;
- beynəlxalq təşkilatların və xarici dövlətlərin kreditləri, texniki və maliyyə yardımları;
- qanunvericiliklə qadağan olunmayan digər mənbələr

Maliyyə vəsaitinin müəyyən edilmiş strateji hədəflər üçün ən səmərəli şəkildə sərf olunmasını təmin etmək məqsədilə büdcələr nəticələrə əsaslanan büdcət ərtibatı prosesi çərçivəsində işlənib hazırlanacaq. Tələb olunan maliyyə vəsaitinin böyük hissəsi mövcud büdcələrin restrukturizasiyası, özəl sektorun və müxtəlif investorların birgə maliyyələşdirmə səyləri ilə təmin ediləcək.

Tehsil-press.az

Oxşar xəbərlər