Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Təhsilin sosial–iqtisadi inkişafda rolu” mövzusunda beynəlxalq elmi-praktik konfrans işə başlayıb. Tədbirdə dövlət qurumlarının, nüfuzlu beynəlxalq təşkilatların nümayəndələri və tanınmış ictimai xadimlər iştirak edirlər.
Tədbir iştirakçıları əvvəlcə Fəxri xiyabana gələrək, xalqımızın ulu öndəri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə əklil qoyublar.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üstünə gül dəstələri düzülüb.
UNEC-in rektoru, professor Ədalət Muradov konfransda müzakirə olunan mövzunun aktuallığını qeyd edib, tədbirin keçirilməsi təşəbbüsünü dəstəklədiyinə görə təhsil nazirinə minnətdarlığını bildirib.
Rektor ölkə Prezidenti İlham Əliyevin 2016-cı il 6 dekabr tarixli Sərəncamı ilə təsdiqlənmiş “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri”nin qarşıya qoyduğu əsas vəzifə və hədəflərə nail olunmasında, müasir tələblərə cavab verən kadr hazırlığının vacibliyini vurğulayıb. Mühüm sənədin ali təhsil müəssisələri qarşısında yeni vəzifələr qoyduğunu bildirən rektor bu vəzifələrin icrasında universitetlərin üzləşdiyi məqamları diqqətə çatdırıb. O deyib: “Cəmiyyətdə ali təhsilə olan tələblə həmin tələbin ödənilməsi arasında böyük uyğunsuzluq var. Cəmiyyət öz inkişafı ilə təhsil sistemini bir neçə il qabaqlayır. Digər məqam ondan ibarətdir ki, savadlılığın qlobal miqyasda artması dünyada bərabərsizliyin artması ilə müşayiət olunur”.
Mövzunun aktuallığı vurğulayan təhsil nazirinin müavini Ceyhun Bayramov bildirib ki, sosial-iqtisadi inkişafda təhsilin rolu daha vacibdir. Təhsil sisteminin qarşısında duran vəzifələrdən danışan nazir müavini deyib ki, ali təhsil sisteminin iqtisadiyyat, sənaye, elm müəssisələri ilə daimi bağlantısı olmalıdır. Bu məqsədlə mövcud iqtisadiyyatda baş verən proseslərə və xüsusiyyətlərə diqqət yetirilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəyli qeyd edib ki, son illərdə Azərbaycanda elm, təhsil, texnologiya və iqtisadiyyatın vəhdəti müasir cəmiyyətin inkişaf modeli kimi formalaşıb. Ölkədə bu istiqamətdə islahatların aparıldığını deyən akademik təhsil sahəsində bir sıra yeniliklərin müşahidə olunduğunu bildirib. Qeyd olunub ki, Azərbaycan təhsilinin inkişafı müasir cəmiyyətin, iqtisadiyyatın inkişafına töhfəsini verəcək.
BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi və BMT İnkişaf Proqramının (BMTİP) rezident nümayəndəsi Qulam İsakzai təmsil etdiyi qurumun bir sıra ali təhsil müəssisələri ilə əməkdaşlıq etdiyini diqqətə çatdırıb, təhsil sahəsində Azərbaycan hökuməti ilə görülən işlərdən danışıb.
İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov bildirib ki, bu gün Azərbaycan bilik iqtisadiyyatı, yeni iqtisadi model formalaşıb və nəticədə təhsilin inkişaf hədəfləri və prioritetləri müəyyənləşdirilib.
Yanvarın 31-dək davam edəcək konfrans çərçivəsində “Təhsil və sosial-iqtisadi inkişaf”, “Təhsil sektorunun inkişafı: qlobal meyillər, mütərəqqi təcrübələr və islahatlar”, “Tədrisin keyfiyyətinin idarə edilməsinə yeni yanaşma” mövzularında panellər təşkil ediləcək. İclaslarda yerli və xarici ekspertlərin məruzələri dinləniləcək.

UNEC-in Mətbuat Xidməti