Bakıda Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən “Azərbaycan dövlət qulluğu sistemində islahatların davam etdirilməsinə dəstək” adlı yeni Tvinninq layihəsinin təqdimatı olub.
Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və iki il müddətində həyata keçirilməsi nəzərdə tutulan layihənin büdcəsi 1,2 milyon avrodur.
Layihənin ümumi məqsədi Azərbaycanda Avropanın qabaqcıl təcrübəsinə uyğun peşəkar və dayanıqlı dövlət qulluğu sisteminin daha da inkişaf etdirilməsinə töhfə verməkdir.
Təhsil-press.az xəbər verir ki, müvafiq qurumların nümayəndələrinin, Avropa İttifaqı və bir sıra beynəlxalq təşkilatların təmsilçilərinin, ekspertlərin iştirak etdikləri təqdimat mərasimində DİM Direktorlar Şurası sədrinin müavini Bəhram Xəlilov yeni Tvinninq layihəsinin konponentləri barədə məlumat verib.
Qeyd olunub ki, Azərbaycanda dövlət qulluğu sahəsində islahatlara başlanandan beynəlxalq əməkdaşlığa böyük önəm verilib, bu sahədə bir sıra səmərəli layihələr reallaşdırılıb.
Azərbaycanda dövlət qulluğuna qəbul sahəsində obyektivliyin və şəffaflığın təmin olunması istiqamətində uğurlu tədbirlərin həyata keçirildiyini deyən B.Xəlilov müvafiq sahədə dünya təcrübəsinin öyrənilməsinin əhəmiyyətini diqqətə çatdırıb. O, yeni Tvinninq layihəsinin dövlət qulluğu sahəsində keçirilən digər layihələr kimi uğurlu olacağına əminliyini bildirib.
DİM Direktorlar Şurasının sədri Məleykə Abbaszadə rəhbərlik etdiyi qurumun fəaliyyətindən, reallaşdırdığı tədbirlərdən, əldə olunan nəticələrdən söz açıb.
Yeni Tvinninq layihəsi haqqında danışan M.Abbaszadə qeyd edib ki, layihənin əsas məqsədi DİM-in malik olduğu alətlərin və potensialın artırılması, fəaliyyətində səmərəliliyin yüksəldilməsi, vəzifələrin yeni təsnifat sisteminin yaradılması və bu sistemin dövlət qulluğuna qəbul, dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi və əməyin ödənilməsi sistemi ilə əlaqələndirilməsidir. Layihə dövlət idarəetməsinin dəstəklənməsi, qabaqcıl təcrübə mübadiləsi, eləcə də milli qanunvericiliyin Avropa İttifaqı standartlarına uyğunlaşdırılmasını nəzərdə tutur. Layihənin tərəfdaşları Litva Respublikasının Dövlət Katibliyi və Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzidir.
Ölkəmizdə dövlət idarəçiliyi sahəsində zəngin təcrübə olduğunu deyən M.Abbaszadə vurğulayıb ki, Azərbaycan dövlət qulluğu sahəsində islahatlarda qabaqcıl təcrübədən fəal istifadə edən dövlət kimi tanınır.
DİM Direktorlar Şurasının sədri müasir dünyada təhsilin mühüm rolunu xatırladıb, respublikamızda bazar iqtisadiyyatının tələblərinə uyğun bacarıqlı mütəxəssislərin hazırlanacağına inamını ifadə edib.
Avropa İttifaqının Azərbaycan Respublikasındakı nümayəndəliyinin rəhbəri Malena Mard təmsil etdiyi beynəlxalq qurumun Azərbaycan ilə birgə həyata keçirdiyi layihələrdən danışıb. O, dövlət qulluğu sahəsində beynəlxalq təcrübənin öyrənilməsinin önəmli olduğunu xatırladıb.
Litva Respublikasının Bakıdakı səfiri Valdas Lastauskas yeni Tvinninq layihəsinin ümumilikdə dövlət qulluğu sisteminin daha da təkmilləşdirilməsinə töhfə verəcəyinə əminliyini bildirib.
Azərbaycan Respublikası Milli Məclisi Aparatının rəhbəri Səfa Mirzəyev Avropa İttifaqı ilə Azərbaycan arasındakı əlaqələrdən və bu əlaqələrin əhəmiyyətindən danışıb.
Yeni Tvinninq layihəsi ilə bağlı fikirlərini bildirən S.Mirzəyev onun əhəmiyyətini vurğulayıb.
Sonra Litva Dövlət katibinin müavini, layihənin bu ölkə tərəfdən rəhbəri Alminas Maciulis, iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova, DİM strateji inkişaf şöbəsinin müdiri, layihənin Azərbaycan tərəfdən rəhbəri Fuad Mayılov, Litva Dövlət Qulluğu Departamenti direktorunun müavini-Rezident Tvinninq müşaviri Edvardas Zukauskas çıxış ediblər. Natiqlər təqdim olunan layihə ilə bağlı fikirlərini bölüşüblər.
Avropa Komissiyasının təşəbbüsü olan Tvinninq aləti 1998-ci ildə namizəd ölkələrin Avropa İttifaqına inteqrasiya prosesini dəstəkləmək məqsədilə başlanılıb. Tvinninq Avropa Qonşuluq və Əməkdaşlıq Aləti kimi Azərbaycanda 2006-cı ildən həyata keçirilir və müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi məqsədilə Avropa İttifaqına üzv ölkələrin və benefisiar ölkənin dövlət sektoru təcrübəsini bir araya gətirir.
Bu günədək Azərbaycanda 25 Tvinninq layihəsi uğurla icra olunub. On Tvinninq layihəsi icra olunur, 10-u isə danışıqlar mərhələsindədir.
Təhsil-press.az