TARİXDƏ BU GÜN - 18 FEVRAL

TARİXDƏ BU GÜN - 18 FEVRAL 2009-cu il. “Bakı - İslam mədəniyyətinin paytaxtı – 2009” mədəniyyət ilinin təntənəli açılışı olub. Azərbaycan Prezidenti İlham Əliyev açılış mərasimində iştirak edib. “İslam mədəniyyəti paytaxtları” proqramı barədə qətnamə ISESCO-nun təklifi ilə İslam Konfransı Təşkilatına üzv ölkələrin mədəniyyət nazirlərinin 2001-ci ildə keçirilmiş III konfransında qəbul edilib. Səudiyyə Ərəbistanının Məkkə şəhəri ilk İslam mədəniyyəti paytaxtı olub.
TARİXDƏ BU GÜN - 18 FEVRAL
1931–ci il. Xalq şairi Nəriman Həsənzadənin doğum günü. Əsərləri keçmiş SSRİ və bir çox xarici ölkə xalqlarının dillərinə tərcümə edilib. O, epik-dramatik poemalar müəllifi kimi də tanınır. “Bütün Şərq bilsin”, “Atabəylər” və “Pompeyin Qafqaza yürüşü” mənzum pyesləri bir sıra teatrlarda səhnələşdirilib. 34 bədii–poetik toplunun, “Tariximiz, taleyimiz” adlı irihəcmli elmi-ədəbi-tənqidi məqalələr kitabının müəllifidir, 100-dən çox şeirinə mahnı bəstələnib.
TARİXDƏ BU GÜN - 18 FEVRAL
1967-ci il. ABŞ-da atom bombasının “atası” hesab edilən Robert Oppenheymer vəfat edib (1904-1967). İkinci Dünya müharibəsi zamanı nüvə silahı istehsalı üçün həyata keçirilən Manhetten layihəsinin elmi rəhbəri olub.
TARİXDƏ BU GÜN - 18 FEVRAL
1911-ci il. İlk rəsmi aviapoçt reysi həyata keçirilib. Hindistanda Allahabaddan Nainiyə qədər 13 kilometr məsafədə Anri Pike təyyarə ilə 6,5 min məktub və 250 xüsusi açıqca gətirib. Məktubların üstündə vurulan möhürdə “İlk hava poçtu. Birləşmiş Milli Sərgi. Allahabad.1911” (First aerial post. U. P. Exhibition. Allahabad. 1911) yazılıb.

Təhsil-press.az

Oxşar xəbərlər