ADA” Universitetinin məktəblilər arasında keçirdiyi II Ingilis Dili Olimpiadasınının ilkin mərhələsi başa çatmışdır

ADA” Universitetinin məktəblilər arasında keçirdiyi II Ingilis Dili Olimpiadasınının ilkin mərhələsi başa çatmışdır “ADA” Universitetinin Bakı məktəblərinin 10-11 ci sinif şagirdləri arasında keçirdiyi Akademik Məqsədlər üçün II Ingilis Dili Olimpiadasınının ilkin mərhələsi başa çatıb. Fevralın 19-u Təhsil fakültəsinin tərəfdaş məktəbi olan 132-134 saylı təhsil kompleksində keçirilən bu mərhələdə Bakı şəhəri üzrə 236 məktəbdən 1132 şagird iştirak etmişdir. Onlar ingis dilinin qrammatikası və oxu qabiliyyətinə dair 50 sualı yazılı şəkildə cavablandırmışdılar. Olimpiadanın ilkin mərhələsinin nətciələri martın 1-də www.olympiad.ada.edu.az səhifəsində açıqlanacaqdır. İkinci mərhələyə uğurla keçən şagirdlər martın 12-də ADA Universitetində görüşəcəklər.
İştirakçılar Olimpiadanın əsas mükafatı- British Council-dan Böyük Britaniyanın Mançester şəhərində Berlitz İngilis Dili Məktəbində iki həftəlik ingilis dili proqramı və “ADA” Universitetində ingilis dili üzrə yay məktəbində ödənişsiz iştirak etmək uğrunda yarışırlar. Qalib şagird Berlitz Məktəbi tərəfindən təhsil müddətində Mançesterdə yerli ailədə yerləşdiriləcək. Proqrama Mançestr və London şəhərlərinə eksursiya da daxildir. Digər mükafatlar Olimpiadanın həmtəşkilatçıları- Təhsildə İnnovativ Texnologiyalar Təlim Mərkəzi və Oxbridc Akademiyası tərəfindən təqdim olunacaq.
Qeyd edək ki, məktəblilər arasında İngilis Dili üzrə Olimpiadanın keçirilməsi ötən il “ADA” Universiteti tələbələrinin təşəbbüsü kimi başlamışdır. Bu il isə tədbir genişlənərək Bakı şəhəri Təhsil İdarəsi və Təhsil Nazirliyinin də dəstəyini qazanmışdır.

ADA-nın Mətbuat Xidməti

Oxşar xəbərlər