Rus hokkeyçi ABŞ vətəndaşlığından imtina etdi

Rus hokkeyçi ABŞ vətəndaşlığından imtina etdi Məşhur rusiyalı hokkeyçi Pavel Bure 2016-cı ildə ABŞ vətəndaşlığından imtina edib.

Təhsil-press.az-ın verdiyi məlumata görə, 45 yaşlı hokkeyçinin adı ABŞ Maliyyə Nazirliyinin rəsmi saytında yerləşdirilmiş Amerika vətəndaşlığından çıxan şəxslərin siyahısında yer alıb.
İdmançı xəbəri hələ ki, şərh etməyib.
Qeyd edək ki, P. Bure 1990-cı illərin əvvəlində ABŞ-a gedərək orada Milli Hokkey Liqasında (MHL) oynamağa başlayıb. O, MHL çərçivəsində “Florida Panterz”, “Vankuver Kenaks”, “Nyu-York Reyncers” komandalarında çıxış edib.
Pavel 2005-ci ildə karyerasını yekunlaşdırıb, 2012-ci ildə isə MHL-in Şöhrət zalına daxil edilib. O, həmçinin Rusiya millisinin üzvüdür. İdmançı 1998-ci ildə keçirilən Olimpiya oyunlarında gümüş medal, 2002-ci ildə keçirilən Olimpiya oyunlarında isə bürünc medal qazanıb.

Təhsil-press.az

Oxşar xəbərlər