TARİXDƏ BU GÜN - 26 FEVRAL

TARİXDƏ BU GÜN - 26 FEVRAL 1992-ci il. Fevralın 25-dən 26-na keçən gecə erməni silahlı qüvvələri keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməyi ilə Xocalı şəhərini işğal edib, soyqırımı törədiblər. 106-sı qadın, 63-ü uşaq, 70-i qoca olmaqla, 613 nəfər vəhşicəsinə qətlə yetirilib. Səkkiz ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. 487 nəfər, o cümlədən 76 uşaq ağır yaralanıb, 1275 nəfər girov götürülüb, 197 nəfər itkin düşüb.
TARİXDƏ BU GÜN - 26 FEVRAL
1926-cı il. Bakıda I Türkoloji qurultay işə başlayıb. Qurultayda 131 nəfər nümayəndə iştirak edib, 17 iclas keçirilib, türklərin, bütövlükdə Türk dünyasının dili və tarixinə, etnogenezisi və etnoqrafiyasına, ədəbiyyat və mədəniyyətinə dair 38 məruzə dinlənilib. I Türkoloji qurultayın qəbul etdiyi qərarlar sırasında ortaq əlifba, ortaq ədəbi dil, ortaq terminologiya kimi məsələlər vardı.
TARİXDƏ BU GÜN - 26 FEVRAL
1797-ci il. İngiltərə Bankı ilk funt-sterlinqi tədavülə buraxıb. Funt-sterlinq bir çox ölkələrdə XVIII və XIX əsrlərdə ehtiyat valyuta kimi istifadə edilirdi. İkinci Dünya müharibəsindən sonra ölkədəki ağır iqtisadi vəziyyət funt-sterlinqin mövqeyini xeyli zəiflətdi. Hazırda istifadəsinə görə, dünyanın üçüncü valyutasıdır.
TARİXDƏ BU GÜN - 26 FEVRAL
1815-ci il. Napoleon Bonapart Elba adasından sürgündən qaçıb. 1812-ci ildə Rusiya, 1813-1814-cü illərdə Almaniya ilə müharibədə məğlubiyyətə uğrayan Napoleon Bonapart fransız taxt-tacından əl çəkməli olur. İmperator titulu saxlanılmaqla 1814-cü il aprelin 20-də Aralıq dənizindəki Elba adasına sürgün edilir. 1815-ci ildə sürgündən qaçaraq Parisə dönən Napoleon əldən verilmiş mövqeləri qaytarmaq istəyir. Lakin Vaterloo döyüşündəki məğlubiyyətdən sonra Müqəddəs Yelena adasına sürgün olunur.
TARİXDƏ BU GÜN - 26 FEVRAL
1802-ci il. Böyük fransız yazıçısı, şair-dramaturq Viktor Hüqo anadan olub (1802-1885). Nəzm əsərləri arasında "Düşüncələr" və "Əsrlərin əfsanəsi" kimi poemaları daha populyardır. Ona dünya şöhrətini isə "Səfillər" və "Notrdam qozbeli", "Edam məhkumunun son günü" romanları qazandırıb. Adı tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib.

Təhsil-press.az

Oxşar xəbərlər