Azərbaycan Tibb Universitetinin (ATU) yeni gerb və loqosu təsdiqlənib.
Yeni gerb dairəvi formadadır, mərkəzində maarif və inkişaf rəmzi kimi açılmış kitab təsvir edilib. Kitabın üstündə dünyada səhiyyə və tibbin əsas rəmzi sayılan Hippokrat camı yerləşdirilib, 1930 - universitetin yaranma tarixi əks olunub. Bu atributlar zeytun yarpağı ilə əhatələnib. Gerbin kənarları boyunca “Azərbaycan Tibb Universiteti” sözləri yazılıb, sözlərin hər iki tərəfində isə səkkizguşəli ulduz əks olunub. Gerbin alt hissəsində isə üçrəngli bayrağımızın rənglərinə uyğun olaraq göy, qırmızı və yaşıl rənglərdə üç zolaq çəkilib.
ATU-nun yeni loqosunda isə açılmış kitabın ortasında rəmzi cam təsvir edilib. Camın ətrafına cərrahi iynə formasında ilan sarılıb. Loqoda ATU abreviaturası, onun altında ərəb rəqəmləri ilə universitetin yaranma tarixi qeyd olunub.
ATU-nun Mətbuat Xidməti