ABŞ-ın sabiq dövlət katibi Hillari Klinton yavaş-yavaş özünə gəlməyə başlayıb. Artıq Klintonun köməkçiləri 2016-cı ildə prezident seçkilərindəki məğlubiyyətin səbəbini aydınlaşdırmaq üçün xarici strateqlər və konsultantlarla görüşlər keçirməyə başlayıblar.
Təhsil-press.az xəbər verir ki, bu barədə “The Hill” məlumat yayıb. Mənbənin məlumatına görə, Klintonun köhnə dostlarından biri onun var gücü ilə harada yanlışlığa yol verdiyini müəyyən etməyə çalışdığını deyib.
Sabiq dövlət katibinin tərəfdarlarının sözlərinə görə, seçkilərdə məğlubiyyətdən sonrakı günlər xanım Klinton üçün çox çətin keçib. Amma onunla ünsiyyətdə olanlar deyirlər ki, hazırda onun yavaş-yavaş özünə gəldiyini deyirlər:
"O iki ay əvvəllə müqayisədə indi nisbətən yaxşı vəziyyətdədir", - son bir neçə həftədə eks dövlət katibi ilə sıx ünsiyyət saxlayan etibarlı şəxslərdən biri deyib.
Nəşrin yazdığına görə, bundan sonra onun Klinton fondunda işini davam etdirib-etdirməyəcəyi məlum deyil. Bəzi tərəfdarları Hillari Klintona Nyu-Yorkun meri vəzifəsinə namizədliyini irəli sürməyi təklif etsələr də, ancaq, ona yaxın mənbələrin sözlərinə görə, H. Klinton bunda maraqlı deyil.
Təhsil-press.az